siyaset
10.10.2020
Ceyhun Bayramov görüşün uzun çəkməsinin səbəbini açıqladı: Mənasız tələblər...

"Moskvada texniki fasilələr də nəzərə alınmaqla, danışıqlar 11 saat davam edib. Ermənistan görüş zamanı o qədər mənasız, texniki məsələlər qaldırdı ki, onlara görə çox vaxt gedirdi".
dogruxeber.tv bildirir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Moskva görüşünün uzun çəkməsini şərh edərkən deyib.
O qeyd edib ki, Ermənistan tərəfi əhəmiyyətsiz şərtlər irəli sürürdü, lakin onların heç birini qəbul etmədik. Nazir əlavə edib ki, görüş zamanı texniki fasilələr verilirdi, məsləhətləşmələr aparılıdı.
"Bu tələblər o qədər mənasızdır ki, bunun üzərində dayanmağa dəyməz" deyə nazir bildirib.
(qaynarinfo)


