“Koronavirusa təkrar yoluxma halları get-gedə artmaqdadır”












“Koronavirusa təkrar yoluxma halları get-gedə artmaqdadır”.

dogruxeber.tv bildirir ki, bunu REAL TV-yə infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Fərrux Sədirov deyib.

İnfeksionst bildirib ki, koronavirus təkcə ağciyərlərin deyil, multisistemin - bütün orqanizmin xəstəliyidir. Virusun ən böyük fəsadı ağciyərlərdə özünü göstərir:

“Bu xəstəliyin əsas fəsadlarından biri bütün çaplı damarları tuta biməsidir. Koronavirus keçirmiş insanlarda post-“COVID” fəsadlaşmalar yarana bilir. Dünyada bu virusa təkrar yoluxanlar var və bu hallar get-gedə artmaqdadır. Bu məntiqlə koronavirusa yoluxan bütün şəxslərin qanında immunoqlobulin olmur. Bu da xəstəliyin təkrar yluxmasına imkan verir və 2-3 ay sonra təkrar yoluxma ola bilər”.

F. Sədirov koronavirusun aşkarlanması üçün aparılan testlərdən də danışıb və bildirib ki, PSR testin həssaslığı 98 faizdir. Amma testin alınma şəkli və xəstəliyin mərhələsi bu həssasiyyəti dəyişə bilər:

“Yəni 100 nəfərdən 66-da müsbət, digər 33-də mənfi göstərə bilər. Testin təkrarlanmasına gəlincə isə, heç bir simptom olmayan xəsədə bu testin müsbət çıxma ehtimalı çox azdır. Simptomnların görünməsindən 2 gün öncəyə qədər PSR test neqativdir. Vücudda virus daşısa belə test mənfi ola bilər. Bunlara “test neqativ KT pozitiv” xəstələr deyirik”.

Həkim həmçinin bildirib ki, hazırda ikincili bakterial infeksiyaların faizləri artıb. Bu ağciyəri daha ciddi zədələməsi və xəstələri evdə nəzarətsiz antibiotik istifadəsinin nəticəsində yaranır. Xəstəliyə yoluxma ilə ölüm arasında faiz isə dəyişməyib. Hazırda əvvəlki kimi yoluxanların 1,5-2 faizi həyatını itirir.

“ÜST tərəfindən “COVID-19”un profilaktikasında istifadə olunan təsdiqlənmiş qoruyucu, profilaktik dərman preparatı yoxdur. Amma biz özümüzü qoruya bilərik. Bura həm mexaniki qorunma vasitələri - maska, əl gigyenası, sosial məsafə, həm də fizioloji qorunma, yaxşı qidalanma, ən azı 8 saat yuxu daxildir. Bu vasitələrlə hər kəs orqanizmini möhkəmləndirə bilər”, - həkim qeyd edib.
(Qafqazinfo.az)

Son xəbərlər

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Bütün xəbərlər