maraqli
23.10.2020, 14:21
"WhatsApp"da yazışmaları qoruyacaq yeni funksiya olacaq

"WhatsApp" messencerində tezliklə istifadəçi məlumatlarının məxfiliyi ilə əlaqəli yeni funksiya tətbiq olunacaq.
dogruxeber.tv bildirir ki, söhbət sifət cizgilərinin tanınması sisteminin tətbiqindən gedir. Bənzər funksiya əvvəllər yalnız "FaceID"si olan "iOS" cihaz sahibləri üçün mövcud idi.
Yeni funksiyanın nə zaman işə salınacağı barədə məlumat verilmir.
(Lent.az)


