idman
2.11.2020
Madridin “Real” klubunun üzvü koronavirusa yoluxdu

Çempionlar Liqasında Milanın “İnter” klubuna qarşı oynamağa hazırlaşan Madrid “Real”ının futbolçularından biri COVID-19-a yoluxub.
dogruxeber.tv bildirir ki,bu barədə “Football Italia” məlumat yayıb.
Lakin klub koronavirusa yoluxan futbolçunun kimliyi barədə məlumat verməyib.
Bildirilib ki, əgər futbolçunun COVID-19-la bağlı ikinci testi də müsbət nəticə göstərsə, futbolçu Çempionlar Liqasının bir sıra görüşlərini buraxmaq məcburiyyətində qalacaq.


