hadise / dunya
2.11.2020, 17:25
Moskvada anbarda güclü partlayış olub

Moskvada qaz balonlarının yerləşdiyi anbarda güclü partlayış olub.
dogruxeber.tv APA-nın Moskva müxbirinin verdiyi məlumata əsasən bildirir ki, paytaxtın Varşavskoe şosse adlanan hissəsində qaz balonu anbarında güclü partlayış baş verib.
Partlayış və yanğının görüntüsü küçə kameraları tərəfindən qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib.


