gundem / sosial
5.11.2020
Düşmən Ağdama 10-a yaxın top mərmisi atıb

Noyabrın 5-i saat 14:40-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonu ərazisini artilleriya atəşinə tutmaqda davam edir.
dogruxeber.tv bildirir ki,bu barədə Report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Düşmən tərəfindən rayonun Hacıturallı və Əfətli kəndləri ərazisinə ümumilikdə 10-a yaxın top mərmisi düşüb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb
Azərbaycan ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür.


