idman
5.11.2020
FIFA prezidenti vəzifəsindən kənarlaşdırıla bilər

FIFA prezidenti Canni İnfantino Beynəlxalq Olimpiya Komitəsində tutduğu postdan kənarlaşdırıla bilər.
dogruxeber.tv bildirir ki, C.İnfantinonun fəaliyyətinin araşdırılmasına dair şikayət futbol agentlərinin qanunsuz fəaliyyətini yoxlayan İsveçrənin “Sport 7” şirkəti tərəfindən verilib.
Şirkət iddia edir ki, C.İnfantino Olimpiya xartiyasının bir neçə normasını pozub və o, dərhal Beynəlxalq Olimpiya Komitəsi üzvlüyündən kənarlaşdırılmalıdır.
Mənbə:“Le Monde” nəşri


