dunya
11.11.2020
Türkiyə Rusiyanın COVID-19 əleyhinə peyvəndini istehsal etmək istəyir

Türkiyə əczaçılıq istehsalçıları Rusiyanın koronavirus əleyhinə “Sputnik V” peyvəndinin istehsalında maraqlıdırlar.
dogruxeber.tv bildirir ki, bu barədə Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin başçısı Mixail Muraşko türkiyəli həmkarı Fəxrəddin Qoca ilə danışıqlarının yekunu barədə açıqlama verərkən deyib.
“Türkiyə Səhiyyə Nazirliyinin başçısı, toksikoloji tədqiqatları apardıqdan sonra türk dərman istehsalçılarının müəssisələrində “Sputnik V” peyvəndinin istehsalının təşkilində maraqlı olduğunu bildirib”, - deyə M.Muraşko bildirib.
Tərəflər həmçinin, COVID-19-un yayılması ilə bağlı vəziyyəti qiymətləndirib.
Mənbə:TASS agentliyi


