dunya
16.11.2020, 14:53
Kremldən Türkiyənin Azərbaycana qoşun göndərməsinə - Reaksiya

Türkiyə Prezidentinin Azərbaycana türk əsgərlərinin göndərilməsi barədə fərmanı Türkiyə və Rusiyanın birgə monitorinq mərkəzinin işinin təmin olunmasına aiddir.
dogruxeber.tv Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Azərbaycanın ərazisində fəaliyyət göstərəcək mərkəzə türk hərbçilərini göndərmək lazımdır:
“Bu, Türkiyə qanunvericiliyi ilə nəzərdə tutulmuş daxili prosedurun icra olunması deməkdir və Türkiyənin daxili işidir. Amma Azərbaycan ərazisindəki birgə monitorinq mərkəzinin yaradılması isə Rusiya ilə Türkiyə arasında ikitərəfli razılaşmanın nəticəsidir”.


