“Avronyus” Füzulidən reportaj hazırladı












“Avronyus” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərindən reportaj hazırlayıb.

dogruxeber.tv bildirir ki, reportajda Azərbaycan əsgərləri tərəfindən Füzuli şəhəri azad ediləndən sonra Azərbaycan bayrağını ucaltmaq üçün bircə salamat bina tapmaq mümkün olmadığı qeyd edilir. Buna görə də bayrağı dağıdılmış mədəniyyət evinin fasadı üzərində ucaltmalı olublar.

Reportajda bildirilir ki, işğaldan əvvəl sıx məskunlaşmış və günbəgün firavanlasan Füzuli şəhəri 27 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və qarət edilib. İndi bu ərazi apokaliptik film üçün dekorasiyaya oxşayır.

Vurğulanır ki, şəhərdə yalnız azərbaycanlı hərbi qulluqçuların müşayiəti ilə və əsas yollarla hərəkət etmək mümkündür. Əsgərlərin sözlərinə görə, hər yer minalanıb. Buna görə də 30 il bundan əvvəl Füzulidə yaşamış insanlar indi yalnız öz evlərinin xarabalıqlarına uzaqdan baxa bilərlər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Avronyus”un müxbirinə bildirib ki, bu, Ermənistan tərəfindən Azərbaycana və xüsusən Füzuliyə qarşı törədilmiş vandalizm aktıdır. İşğaldan əvvəl Füzulidə 100 min insan yaşayırdı. Bu şəhər günbəgün firavanlaşırdı, lakin erməni işğalçıları onu yerlə-yeksan ediblər. Hikmət Hacıyev deyib ki, Azərbaycan ermənilərin dağıtdığı şəhəri bərpa edəcək, Füzuliyə həyat qayıdacaq və o, yenə firavanlaşan Azərbaycan şəhərinə çevriləcək.

Füzulidən olan məcburi köçkün Arzu Şəfiyeva qeyd edib ki, təqribən 30 il bundan əvvəl onun ailəsi buradan qaçmağa məcbur olanda evləri tamam başqa görkəmdə idi.

“Biz heç nə götürə bilmədik, hər şeyi qoyub getdik. Evimizin qapısını bağlamışdıq, düşünürdük ki, oraya qayıdacağıq. İnanıram ki, buraya qayıdacağıq, təzə ev tikəcəyik, onun şəklini çəkəcəyik və indiki vəziyyətlə onun fərqini göstərəcəyik”.

Reportajın sonunda vurğulanır ki, bu şəhəri özlərinin evi adlandıran 10 minlərlə insan Füzuliyə qayıtmağı və onu bərpa etməyi səbirsizliklə gözləyir.
(Axar.az)

Oxunub: 910

Son xəbərlər

Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi

4,5 milyon manatlıq müəssisə ləğv edildi

Kolleclərə tələbə qəbulunda bu ixtisas ləğv edildi

“Tasnim”: İran ABŞ ilə müharibəyə hazırdır

Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

Axtarışda olan 366 nəfər ələ keçirildi

Avropa Trampdan mesaj alıb - Rutte

TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olundu

Ermənistan Rusiyanın peyki idi – Makron

Sabah 23 dərəcə isti olacaq

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?

İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı

Bütün xəbərlər