hadise
2.12.2020
Bakıda mağazadan 5 min manatlıq oğurluq olub

Bakıda oğurluq edən şəxslər saxlanılıb.
dogruxeber.tv Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarısinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 4600 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan əvvəllər məhkum olunmuş N.Qasımov saxlanılıb.


