hadise
4.12.2020, 11:57
Daha bir vəzifəli şəxs koronadan vəfat etdi

Bakı şəhəri, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elman Yəhyayev koronavirusdan dünyasını dəyişib.
dogruxeber.tv Report-a istinadən xəbər verir ki, E.Yəhyayev bir neçə gün öncə adıçəkilən virusa yoluxma səbəbindən 1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) yerləşdirilib və müalicə alırmış.
E.Yəhyayev doğulduğu Sabirabad rayonunda dəfn ediləcək.
Allah rəhmət eləsin!


