Şanlı zəfər yolumuz.














27 sentyabr başlanan zəfər yürüşü ilə Azərbaycan tarixində II Qarabağ müharibəsi kimi yaddaşlarda qalan və 10 noyabrda şanlı qalibiyyətlə bitən vətən müharibəmiz 30 ilə yaxın qəlblərdə kök salmış Qarabağ acısına və yanğısına bir məlhəm oldu. Bununla da biz bütün dünyaya Azərbaycan ordusunun rəşadətini, cəsurluğunu, vətənpərvərliyini, məğlubedilməzliyini sübut etdik. Ali Baş Komandanın həm hərbi, həm də siyasi müstəvidə verdiyi qərarlar təqdirə layiqdir. O, dünyanın bir çox xarici mətbuat nümayəndələrinə vermiş olduğu coxsaylı müsahibələri ilə malik olduğu siyasi və hərbi sahələrdəki bilikləri, eləcə də yüksək təfəkkürü ilə hər kəsi heyran etdi. Tək bir kəlməsi ilə bütün Azərbaycan xalqının sevgi və məhəbbətini hiss edərək bir yumruq kimi birləşməsinə nail oldu. 44 gün davam edən savaşda 5 şəhər, 4 qəsəbə və 286 kənd mənfur düşmən işğalından azad olundu. 44 gün davam edən Vətən müharibəsi, onun aparılma taktikası və döyüş texnikası, eləcə də qəhrəman Azərbaycan əsgərinin göstərmiş olduğu şücaəti hələ uzun illər danışılacaq, öyrəniləcək və örnək göstəriləcək. Şanlı ordumuzun 8 noyabr tarixində Azərbaycanın qəlbi, qədim mədəniyyət ocağı sayılan Şuşa şəhərini işgaldan azad etməsi müharibənin qalibiyyət sevincini daha da yaxınlaşdırdı. Şuşa Azərbaycan xalqının bir neçə əsirlik mədəni irsinə malik mədəniyyət ocağı olmaqla bərabər, həm də çöx böyük strateji əhəmiyyət kəsb edən bir şəhərdir. Təsadüfi deyil ki, məhz Şuşa Qalasının fəth edilməsi ilə mənfur düşmən məğlubiyyətini qəbul etdi. Cənab Prezidentin də qeyd etdiyi kimi: “Siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır”. Müzəffər ordunun Ali Baş Komandanı Azərbaycan silahlı qüvvələrinin zəfər yürüşünü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdırdı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə, işğalçılıq siyasətinə son qoydu və Cənubi Qafqaz regionunun yeni formatda təqdim olunmaqla gələcək inkişafı üçün hüquqi zəmin yaratdı. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edilmişdir. Cənab Ali Baş Komandanın qeyd etdiyi kimi, Azərbaycanın əzəli və əbədi torpaqları olan Kəlbəcər, Ağdam, Laçın rayonları qan tökülmədən, şəhid verilmədən işğaldan azad olundu.
Şübhəsiz müharibə hər zaman ağrı və acının təcəssümüdür, amma haqlı savaş meydanında qələbinin sevincini yaşamaq bu ağrının üzərinə bir məlhəm olur. Əsirlər boyu Azərbaycan xalqı öz torpaqları uğrunda savaşmış, şəhidlər vermişdir. Torpaq uğrunda ölən varsa Vətəndir deyiblər, biz də bu şərəfli yolda can qoymuş şəhidlərimizə borcluyuq, onların ruhları qarşısında baş əyirik. Vətən müharibəsi zamanı etdiyi bütün çıxışlarında, xalqa müraciətlərində cənab Prezident müharibədə müasir texnikadan istifadə olunsa belə, hər bir kəndin, hər şəhərin alınmasında əsgər və zabitlərin qəhrəmanlığını xüsusi qeyd etmişdir. Vətənin hər qarışını sevən, qanı və canı bahasına qoruyan Azərbaycan ordusunun bütün dünyaya nümayiş etdirdikləri qəhrəmanlıq səlnaməsi tarixlərə yazılacaq və gələcək nəsillərə örnək olacaqdır.
Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan ordusuna, eşq olsun Ali Baş Komandana!
Qarabağ Azərbaycandır!

Lalə Xəlilova
Ədliyyə Nazirliyinin baş məsləhətçisi ədliyyə müşaviri.

Son xəbərlər

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Bütün xəbərlər