Horadizdə zəfər yürüşü: “Lələtəpə müqəddəs zirvədir…” – Vitse-spiker və icra başçısı da qatıldı + FOTOLAR
















Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı qələbənin ikinci ildönümü münasibətilə Horadiz şəhərində zəfər yürüşü keçirilib.
Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Milli Məclis sədrinin müavini Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Müdafiə Nazirliyinin zabitləri əvvəlcə 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun işğaldan azad etdiyi Lələtəpə yüksəkliyinə gedərək, burada xidmət edən əsgər və zabitlərlə görüşüblər.
Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə qədər davam edən yürüşə minlərlə insan, o cümlədən N hərbi hissəsinin şəxsi heyəti, Lələtəpənin azad olunmasında iştirak etmiş döyüşçülər, şəhid ailələrinin üzvləri, müharibə veteranları qatılıblar. Abidə önünə tər çiçəklər qoyan yürüş iştirakçıları şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Azərbaycanın dövlət himni oxunub, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs olunub.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vurğulayıb ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun yazdığı şanlı tarixdir. Bu döyüşlərdə ordumuz öz gücünü bir daha göstərdi, qələbə çalmaq əzmini sübut etdi.
Milli Məclis sədrinin müavini Bahar Muradova 2016-cı ilin aprel ayında düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Qarabağ müharibəsində dönüş Horadiz istiqamətində başlanıb. İlk dəfə 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzuli istiqamətində 22 yaşayış məntəqəsi işğaldan azad edilib. 2016-cı ilin aprel döyüşləri zamanı isə Azərbaycan ordusu işğal altındakı digər torpaqlarımızın da azad olunacağına inam təlqin edən növbəti qələbə qazandı.
“Lələtəpə müqəddəs zirvədir. Ona görə ki, Azərbaycan torpağıdır. Azərbaycan oğulları bu yüksəkliyi öz qanları bahasına azad ediblər. Bu torpaq uğrunda canından keçən, şəhid olan, fədakarlıq göstərən Azərbaycan oğulları heç zaman unudulmayacaq. Onların Lələtəpədə ucaltdıqları üçrəngli bayrağımız hazırda işğal altında olan bütün yaşayış məntəqələrində dalğalanacaq”, – deyə Bahar Muradova düşmən üzərində qəti qələbəyə inamını ifadə edib.
Hərbi hissənin zabiti Elşad Əbilov deyib ki, Azərbaycan ordusu 2016-cı ilin aprel zəfəri ilə ərazilərin işğalı ilə barışmayacağını bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələri yeni zəfər yürüşünə, işğal altındakı bütün torpaqlarımızı azad etməyə hazırdır və buna qadirdir.
Lələtəpə yüksəkliyi uğrunda döyüşlərdə şəhid olmuş Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov Azərbaycan ordusunda xidmət edən qəhrəman oğullarımızla fəxr etdiyini bildirərək, onlara düşmən üzərində növbəti qələbələr arzulayıb.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin ifasında təqdim edilən hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər iştirakçılarda nikbin duyğular yaradıb.


Horadizdə zəfər yürüşü: “Lələtəpə müqəddəs zirvədir…” – Vitse-spiker və icra başçısı da qatıldı + FOTOLAR


Horadizdə zəfər yürüşü: “Lələtəpə müqəddəs zirvədir…” – Vitse-spiker və icra başçısı da qatıldı + FOTOLAR


Horadizdə zəfər yürüşü: “Lələtəpə müqəddəs zirvədir…” – Vitse-spiker və icra başçısı da qatıldı + FOTOLAR


Horadizdə zəfər yürüşü: “Lələtəpə müqəddəs zirvədir…” – Vitse-spiker və icra başçısı da qatıldı + FOTOLAR

Son xəbərlər

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Bütün xəbərlər