hadise
11.12.2020
Xaçmazda ər və arvad dəm qazından boğulub öldü

Xaçmaz rayonunda dəm qazı iki nəfərin ölümünə səbəb olub.
dogruxeber.tv xəbər verir ki, hadisə rayonunun Qobuqıraq kəndində qeydə alınıb.Kənd sakinləri, 1956-cı il təvəllüdlü Vəlibəyov Balaverdi Qərib oğlunun və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Vəlibəyova Nəsibə Xanlar qızının yaşadıqları evdə meyitləri tapılıb.
Onların dəm qazından zəhərlənərək öldüyü bildirilib.


