Ombudsman Azərbaycana qaytarılmış hərbi əsir və girovlarla görüşdü - FOTO















Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı məsələ ilk gündən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqət mərkəzində olub, bununla bağlı aidiyyəti beynəlxalq qurumlara ardıcıl müraciətlər ünvanlanıb.

Ombudsman Aparatından verilən məlumata görə, müraciətlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsir və girovlarına qarşı qeyri-insani rəftarla bağlı faktlar əks etdirilməklə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsir və girovların beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycan tərəfinə qaytarılması tələb edilib.

Ombudsman Səbinə Əliyeva əsir və girovlarla bağlı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə də sıx əməkdaşlıq edib, fəaliyyəti çərçivəsində məlumat mübadiləsi aparılıb. Həmçinin Ombudsmanın təşəbbüsü ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə videokonfrans vasitəsilə keçirilmiş görüşdə əsirlikdə olan azərbaycanlı hərbi qulluqçuların valideynlərinin də iştirakı təmin olunub, onların müraciətlərinə imkan yaradılıb.

Məlum olduğu kimi, 14 dekabr 2020-ci il tarixdə 2014-cü ildən girovluqda olan, Azərbaycan Ombudsmanının müntəzəm olaraq barələrində məsələni diqqətdə saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyev, habelə Vətən Müharibəsində əsir düşmüş 12 nəfər hərbi qulluqçumuz azad olunaraq Bakıya gətirilib.

Ombudsman 15 dekabr 2020-ci il tarixdə bu şəxslərin müayinə və müalicə olunduqları müəssisədə həmin şəxslərlə görüşüb, onların sağlamlıq durumu, hüquqlarının təmini vəziyyəti, əsir və girov saxlanılarkən onlarla rəftar məsələləri ilə bağlı məlumat alıb.

Ombudsman Səbinə Əliyeva müəssisə rəhbərliyi ilə görüşdə də bu şəxslərin səhhəti və onlara göstərilən reabilitasiya və digər yardımlar barədə maraqlanıb.

Həmin şəxslər də öz növbəsində vəziyyətlərini daim diqqətdə saxladığına və bu dövrdə həyata keçirdiyi fəaliyyətə görə Ombudsmana təşəkkürlərini bildiriblər.

Qeyd olunmalıdır ki, Ermənistan Respublikası tərəfindən Azərbaycanlı girovlara, habelə yaralanmış və əsir düşmüş hərbi qulluqçularımıza münasibətdə beynəlxalq hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulmuşdur.
Ombudsman Azərbaycana qaytarılmış hərbi əsir və girovlarla görüşdü - FOTO
Ombudsman Azərbaycana qaytarılmış hərbi əsir və girovlarla görüşdü - FOTO
Ombudsman Azərbaycana qaytarılmış hərbi əsir və girovlarla görüşdü - FOTO
Ombudsman Azərbaycana qaytarılmış hərbi əsir və girovlarla görüşdü - FOTO

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər