Rusiya və Türkiyəyə ağır zərbə – Prezident etiraz etmişdi, Konqres isə…

ABŞ Nümayəndələr Palatası Prezident Donald Tramp tərəfindən veto qoyulan 2021-ci il üçün müdafiə büdcəsi qanun layihəsini səs çoxluğu ilə yenidən təsdiqləyib.
Nümayəndələr Palatasında 322 senator lehinə, 87 senator isə sözügedən qanun layihəsinin əleyhinə səs verib.
Əgər layihə Senatda da təsdiqini tapsa, Trampın veto qərarı ləğv ediləcək. Bunun üçün konqresmenlərin üçdə ikisinin layihənin lehinə səs verməsi lazımdır.
740 milyard dollarlıq müdafiə büdcəsi layihəsi Konqresin hər iki qanadından keçərsə, bu, qüvvəyə minəcək və Trampın hakimiyyətdə olduğu dövrdə “veto hüququnu keçən ilk qanun layihəsi” kimi qeyd ediləcək.
ABŞ Prezidenti Tramp dekabrın 23-də Konqresdə qəbul edilmiş 740 milyard dollarlıq müdafiə büdcəsi layihəsinə (NDAA) veto qoymuşdu.


