Təbriz Məhərrəmoğlu “Şərəf” ordeni ilə təltif edildi











Soydaşlarımızın dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq onlar vahid ideologiya ətrafında birləşməyi, fəaliyyətlərini bu istiqamətdə davam etdirməyi əsas məqsəd olaraq seçirlər.

“Gündəm Media Group”un rəhbəri Təbriz Məhərrəmoğlu “Şərəf” ordeni ilə təltif edilib.

Təbriz Məhərrəmoğlu ”Dünya Azərbaycanlılarının Həmərəyliyi Günü” münasibəti ilə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Şərəf” ordeni ilə təltif edilib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının informasiya departamentindən mətbuata açıqlama verilib.

Təbriz Məhərrəmoğlunun ”Şərəf” ordeni ilə təltif edilməsi barədə əmri UQTMŞ Sədri Daşqın Gülməmmədov imzalayıb.

Təltif haqqında əmrdə qeyd edilir ki, Təbriz Məhərrəmoğlu, ”Dünya Azərbaycanlılarının Həmərəyliyi Günü” münasibəti ilə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Şərəf” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, 25 dekabr 2019-cu il tarixində, Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyəti, ictimai, siyasi, elmi, təhsil və digər fəaliyyətlərində fərqlənmiş şəxslərin təltif edilməsi üçün Ukrayna Qarapapaq türkləri Milli Şurasının “Şərəf” ordeni təsis edilməsi barədə qərar qəbul edib.

Ukrayna “Dövlət təltifləri haqqında” və Ukrayna “İctimai birliklər” haqqında qanunlarına, o cümlədən Ukrayna Qarapapaq Türkləri Milli Şurası Nizamnaməsinə uyğun olaraq təsis edilən “Şərəf” ordeni, Ukrayna dövləti, Türk Dünyası və Qarapapaq türkləri qarşısında xidmətlərinə görə fərqlənmiş şəxlərin təltif edilməsi üçün nəzərdə tutulub. “Şərəf” ordenin ilk sahibi Dünya Qarapapaq Türklərinin Baş Şadı, Türkiyənin ictimai-siyasi xadimi Öndər Cəmil oğlu Aksudur. O, bu ordenə 5 yanvar 2020-ci il tarixdə layiq görülüb.

“Şərəf” ordeninin hüquq statusuna gəlincə, bildirək ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurası Ümumulrayna İctimai Birliyinin Nizamnaməsi və “Şərəf” ordeni Statutu ilə tənzimlənir.

“Şərəf” ordeni Ukrayna vətəndşlarına Ukrayna dövlətinin tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə, Ukraynanın ərazi bütövlüyünün müdafiəsində, Ukraynanın dövlət mənafelərinin qorunmasında göstərilən mərdlik və şücaətə, Ukraynada yaşayan Qarpapaq Türklərinin milli mənafeinin qorunmasına və müdafiəsinə görə verilir.

Orden həmçinin xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Ukrayna xalqı və dövləti, Türk dünyası, dünyada yaşan Qarapapaq türkləri qarşısında göstərdiyi müstəsna xidmətlərə, milli mənafelərin qorunmasında mərdliyə və şücaətə görə verilir. “Şərəf” ordeni ilə eyni zamanda şəxslər Ukrayna Qarapapaq Türkləri Milli Şurası qarşısında müstəsna xidmətlərinə, ictimai-siyasi fəaliyyətinə görə təltif edilirlər.

“Şərəf” ordeninin, Ukrayna Qarapapaq Türkləri Milli Şursının “Təltif və Mükafatları haqqında” Əsasnaməsi və “Şərəf” ordenin Statutu ilə təsdiq edilmiş vahid dərəcəsi mövcuddur.

Ordenin təsvirinə gəlincə, “Şərəf” ordeni səkkizguşəli ulduz əsasında tərtib edilmiş kompozisiyadan ibarətdir. Şəkkizgüşəli ulduzun qızıl suyuna çəkilmiş tökmə lövhədir. Səkkizgüşəli ulduzun mərkəzində qırmız rəngli, emalla işlənmiş dairə yerləşir, dairənin içində Qarapapaq Türklərinin milli totemi olan ağ qanadlı bars təsvir olunub. Bütün təsvirlər, həmçinin ulduzun reylefi qabarıqdır. Ordenin arxa tərəfi hamar səthlidir, aşağı hissədə ordenin nömrəsi həkk olunub.

Yenigundem.az

Oxunub: 546

Son xəbərlər

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Trampı Dəccala bənzətdi

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir – Fotolar

EAPCA-nın Pərdəarxası: Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

Hidayət Heydərov Avropa çempionatında finala YÜKSƏLDİ

Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru yeni vəzifəyə təyin olundu

Bu kəndə getmək mümkün deyil – Vəziyyət ağırlaşır

Gülüstan Əhmədova toyda dünyasın dəyişdi

Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Cənubi Koreyada sabiq prezidentə həbs tələbi - Prokurorluqdan ittiham

Bütün xəbərlər