Xırdalanda 2 küçə asfaltlandı, daha 2 küçə bayramdan sonra salınacaq











Xırdalan şəhərində küçələrə asfalt örtüyü çəkilir. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığı və Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə şəhərin M.Ə.Rəsulzadə və Qəşəm Aslanov küçələri əsaslı şəkildə yenidən qurulub. Bu barədə Abşeron RİH-nin sözçüsü Seymur Qasımov məlumart verib. O, bildirib ki, M.Ə.Rəsulzadə küçəsinin uzunluğu 1120 m, eni isə ortalama 14 m təşkil edir. Bu küçədə asfaltlanma işləri 24 min kv.m sahəni əhatə edib. Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün piyada səkiləri yenidən qurulub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Ümumilikdə küçə boyu 1400 p-metr yeni səki daşının düzülməsi işləri aparılıb. Bundan başqa yenidənqurma işlərinə uyğun olaraq küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Kanalizasiya quyularının qapaqları yenilənib, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdirilib, hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri həyata keçirilib.

Qeyd edək ki, şəhərin Qəşəm Aslanov küçəsində hərəkət axınını fasiləsiz təmin etmək məqsədi ilə küçə enləndirilib, piyada səkiləri yenidən qurulub. Kanalizasiya quyularının qapaqları yenilənib, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdirilib. Küçəyə əsaslı şəkildə asfaltlanıb. Hazırda son tamamlama işləri həyata keçirilir.

Məlumat üçün onu da qeyd edək ki, bayramdan sonra Xırdalan şəhərinin daha iki küçəsində - Əvəz Şəfiyev və Rəşid Behbudov küçələrinin əsaslı şəkildə yenidən qurulmasına başlanılacaqdır.
Xırdalanda 2 küçə asfaltlandı, daha 2 küçə bayramdan sonra salınacaq[center][/center]

Oxunub: 660

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər