gundem / dunya
7.01.2021, 16:47
İranda sutka ərzində 103 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 103 koronavirusdan (COVID-19) ölüb.
dogruxeber.tv xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 55 993 nəfərə çatıb.
İranda ötən 24 saat ərzində 6 360 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1268 263 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 745 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 1 050 553 nəfər koronavirusdan sağalıb, 7,99 milyondan çox diaqnoz testi həyata keçirilib.
Hazırda İranda 4 rayon qırmızı zona, 43 rayon narıncı zona və 401 rayon sarı zona hesab olunur/yenisabah.az


