gundem / hadise
13.01.2021
Qarabağda 1229 erməni əsgərin meyiti tapıldı
![]()
Qarabağda, Azərbaycan Ordusunun nəzarəti altında olan ərazilərdə son sutkada daha 7 erməni əsgərin meyiti tapılıb və bununla da 14 noyabrdan bəri döyüş meydanlarından tapılan erməni əsgər meyitlərinin sayı 1229-a çatıb.
dogruxeber.tv Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Meyitlərin Cəbrayıl və Füzulidə aşkarlandığı qeyd edilib.
Qeyd edək ki, axtarışlar Azərbaycan Ordusunun razılığı ilə aparılır.


