Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısına yeni müavin təyin olunub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Nurəddinova Günel Vaqif qızı RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.