"Neçə müddətdir sosial şəbəkələrdə vətəndaşlara sayğac göstəricilərlə manipulyasiya edilməklə qaza görə artıq ödənişlərin yazılması müzakirə olunur. Əlimdə fakt olmadığı üçün indiyədək nəsə yazmırdım. İndi özüm üzləşdiyim faktı yazıram”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, ötən aya qədər işlətdiyi elektron sayğacı dekabrın 18-də dəyişiblər, kart sistemi ləğv edilib:

"Yeni sayğac qoyulanda üzərində 200 kub işlənməmiş qaz vardı. Akt tərtib edildi və sayğacı dəyişən şəxslər növbəti ay ödəniş qəbzində həmin 200 kubun nəzərə alınacağını dedilər. Bu gün qəbz gəlib, 743 kuba görə mənə 92 manat borc yazılıb. Bir vacib faktı da deyim: dekabrın 18-də sayğac dəyişəndə, mən 2200 kubluq güzəşt limitini keçməmişdim və sayğacdakı 200 kubun 100 kubu da güzəşt limitinə aid idi. Yəni real olaraq sayğacda 150 kub qalırdı və həcmlə mən ili başa vuraraq yenidən 10 qəpiklik güzəştli istehlaka qayıdacaqdım.

Qəbzdən görünən odur ki, 92 manatın 44.1 manatı yanvara ayına düşür və 10 qəpiklə tariflə yazır. Əcəba, necə olur ki, mən yanvar ayı ərzində cəmi 440 kub işlədirəm, amma dekabrın son 12 günündə 48 manatlıq. Bəs sayğacda olan 200 kub hara getdi? "Azəriqaz"ın qaynar xətti deyir ki, hələ onu nəzərə ala bilməmişik, əziyyətə qatlaşın, gedin "ASAN Kommunal”a orda aydınlaşdırın”.

Ekspert baş verənləri vətəndaşa qarşı böyük fırıldağın tərkib hissəsi sayır:

"Bir örnək deyim: "Barmek" 2002-də gələndə mənzillər sayğaclaşmadığından otağın ölçüsünə görə özlərinin havadan götürdükləri normativ əsasında pul yazılırdı. "Barmek" sayğaclaşdırma apardı və mənə məktub göndərdi ki, sayğac istifadəyə başlayanadək bu qədər borcunuz qalıb, 1 il ərizndə hissə-hissə ödəmək üçün sizə imkan tanıyırıq.

2-3 ay keçmişdi, artıq sayğac real olaraq nə qədər istehlak etdiyimizi təyin edirdi.

Bu dəfə "Barmek"dən bir məktub da gəldi ki, monitorinq aparılıb, sayğac göstəriciləri nümayiş etdirir ki, sizə real istehlakınızdan artıq normativ təyin edilib və izafi borc yazılıb. Ona görə də əvvəlki dövr üzrə borclarınız silinir.

Təsəvvür edirsiniz, elektron və rəqəmsal imkanların indikilə müqayisədə az qala yox səviyyədə olduğu bir vaxtda faktiki sayğac istehlakını əvvəlki dövrün havadan götürülüb yazılan istehlakı ilə müqayisə edəsən, vətəndaşa haqsız yazılmış borcu siləsən”.

Xatrladaq ki, son günlər həm qazın təzyiqinin az olması, bəzi ərazilərdə ümumiyyətlə verilməməsi və uzunsürən fasilələr, eləcə də abonentlərə əlavə sərfiyyatın yazılmasında dair şikayətlər artıb. "Azəriqaz” şikayətləri qəbul etmir.

Oxunub: 494

Son xəbərlər

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Trampı Dəccala bənzətdi

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir – Fotolar

EAPCA-nın Pərdəarxası: Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

Hidayət Heydərov Avropa çempionatında finala YÜKSƏLDİ

Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru yeni vəzifəyə təyin olundu

Bu kəndə getmək mümkün deyil – Vəziyyət ağırlaşır

Gülüstan Əhmədova toyda dünyasın dəyişdi

Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər