Aygün Kazımovanın qardaşının binasında skandal: “Oğlum şəhid olub ki...” - Cəncəl

















Xalq artisti Aygün Kazımovanın dələduzluğa görə həbs edilmiş qardaşı Kazım Kazımzadənin inşa etdiyi Xətai rayonu, Gəncə prospektindəki 29/31 nömrəli yaşayış binası ilk gündən başı bəlalıdır.

Binanı özəlləşdirən “Xətai-6”MMCsədri Ayxan Qocayevin sözlərindən başa düşülür ki, bu qədər çətin problemlərin öhdəsindən pis-yaxşı gəlməyə çalışıblar.

İşıq, su məsələlərini həll ediblər, indi növbə qazındır. Hər halda əziyyət çəkiblər, dələduzun tikdiyi binanı birtəhər özəlləşdirib hərəsi pul verib zülmlə aldığı evində yaşaya bilir. A.Qocayev və digərlərinin əməyinə kimsə şübhə edə bilməz.

Lakin A.Qocayev şəhid anasına dəstək verə, köməklik göstərə bilər, insanlar yığışıb onu qazla təmin olunmasına yardım göstərə bilərlər.
Baxmayaraq ki, onun su, işıq problemləri həll edildiyi deyilir. Amma 1000 manatı olmadığına görə qaz sayğacı quraşdırılmır.

Cahan.info-nun xəbərinə görə, bina indiyə qədər qazlaşmayıb. Ancaq qışın sazağında sakinlərin çəkdiyi məşəqqət bununla yekunlaşmır.

Məsələ budur ki, 3 ildir onlardan işıq və su pulunu nağd şəkildə yığırlar. Əvəzində qəbz verilmir. Qəbz tələb etdikdəisə pulu yığan“Xətai-6”MMCsədri Ayxan Qocayevtapşırığın “Azərişıq” və “Azərsu”dan gəldiyini bildirir.

Sakinlər onlara məxsus sayğacların harada quraşdırıldığını belə bilmirlər. İstər su, istərsə də elektrik sayğacına baxmaq istəyən sakinlər hədə-qorxu ilə üzləşirlər.

Bu barədə pia.az-a danışan Mehdi Məmmədovun sözlərinə görə, hər ay sakinlərdən 70-80, 100, bəzi hallarda 150 manat işıq və su pulu yığılır. Bu pulların hansı göstəriciyə əsasən hesablandığı və yığılan pulların hansı hesaba köçürüldüyünü bilən yoxdur.

Bina sakini, şəhid anası Rüxsarə Məmmədova isə deyib ki, hər kəsdən sayğac qoymaq, su xətti çəkmək üçün 300 manat istəyiblər. Sakinlər pulu verdi:

“Onu doğrudan da elədilər. İndi də qaz xətti çəkmək, sayğac qoymaq üçün hər evdən 1000 manat yığırlar. Artıq ümumi qaz xəttini çəkiblər. Məndən başqa hər kəsə sayğac qoyulub.

Çünki mən 1000 manatı verə bilmədim. Mən 1000 manatı nə ilə verim? Oğluma görə 220 manat şəhid pulu verirlər, 220 manat da pensiya alıram, onu verim?

Mən nəyə görə verməliyəm? Oğlum ondan ötrü ölüb ki, kimsə gəlib məndən 1000 manat pul istəsin, desin qaz çəkirəm?!”

R.Məmmədova qeyd edi ki, bu yaxınlarda o, oğlu ilə bağlı Cocuq Mərcanlıda olub: “Mən oradan gələndən sonra daxili qoşunlardan uşaqlar mənə dəyməyə gəldilər. 150 saylı məktəb oğlum Faiq Rzayevin adınadır”.

“Xətai-6” MMCsədri Ayxan Qocayev deyib ki, binanı inşa edən birinci təsisçi Kazım Kazımzadə 2012-ci ilin yanvarın 12-də həbs olunub, yerinə ANT şirkəti kimi Əkbər Cəfərov gəlib. O da 2015-ci ildə həbs olunub:

“Biz də 2006-cı ildən mənzi alanlardan biriyik. Biz sonra mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratdıq və bu gördüyünüz su, işıq, yol, blokların təmiri, liftlərin qoyulmağı, binanın damı, yəni bütün bu işləri biz “Xətai-6”MMC olaraq öz hesabımıza gördürmüşük”.

“Xətai-6” MMC sədri bildirib ki, onlar şəhid anası kimi Rüxsarə xanıma kömək edirlər: “O, kommunal haqqını ödəmir”.

“Xətai-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin adına da podstansiyada bir dənə sayğac var. Podstansiyadan binaya işıq gəlir. Binada da hər mənzil sahibinin aldığı elektrik ştinin içərisində “kontrolnu” sayğac var.

Hər ayın 15-20-si arası “Azərişıq” bildirişi göndərir ki, ayda binaya bu qədər pul gəlib. Məsələn, bu ay binaya cəmi 8877 manat gəlib. Qeyri-əhali olduğuna görə də 1 kilovat 9 qəpikdir. 100 kilovat işlədən 9 manat ödəyir.

Sakinlərə qəbz yazılıb qoyulur, deyilir ki, get ödə, çekini gətir. ANT şirkətinin rəhbəri həbs olunan zaman binanın 16 mindən çox işıq borcu var idi. Onu da öz hesabmıza az-az bağladıq.

Binanı inşa edən tikinti şirkəti Fövqəladə Hallar Nazirliyi ilə 2007-ci ildən bağladığı müqavilənin dəyərini də ödəmyib, aldadıblar. Bu gün onun ödənilməsini öhdəlik götürmüşəm ki, istismar aktını versinlər, binanı qazlaşdıraq. Bu gün bu qadın havayı qaz istəyir.

Qazın sayğacını pulsuz vermirlər, dedektor, usta pul ilədir. 600 metr turba alınıb, xətt çəklib, texniki şərti verildi. Haqqı ödənildi. Bunlar havayı çəkilib ki, mən havayı qaz verim və yaxud onun haqqını kimsin boynuna yazım?

Mən cibimdən verməliyəm? Öz hesabımıza lift aldıq qoyduq. Lift üçün bir qəpik pul ödədi? Ödəmədi.

Amma bu gün liftlə rahat qalxıb-düşür. Evinə 24 saat su vururuq. Elektrik pul yazır. Elektrik pulunu ödəyir? Ödəmir. Bu gün ona verdiyimiz hər şey pulsuzdur”.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər