"Vətən müharibəsi gedəndə o qədər birlik, bərabərlik nümayiş olundu ki, düzü hər şeyin başqa cür olacağına inanmışdım. Hətta illərdir barələrində danışdığımız korrupsioner, rüşvətxor məmurların da özlərinə bir dərs götürəcəyini düşünürdüm. Amma cənab Prezidentin dünən axşamkı çıxışı göstərdi ki, bu məmurlar "köhnə hamam, köhnə tas” prinsiplərindən əl çəkmirlər”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ölkə başçısı İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində bəzi məmurlar barədə tənqidlərini şərh edərkən bildirib.

V.Əhmədovun sözlərinə görə, bəzi məmurlar öz əməllərindən əl çəkmirlər:

"İllərdir cənab Prezident tənqid edir, tapşırıq verir, amma dünən konkret adlar çəkildi. Bunu da mətbuat yazmadı ki, desinlər təhrif edilib, kimsə onları tənqid edir. Ölkə rəhbərinin tənqidləri həmin məmurların əməllərinin adekvat cavabı idi. Hesab edirəm ki, adı çəkilən və digər məmurlar ölkə başçısının bu çıxışından nəticə çıxarmalıdırlar. Əksi heç yaxşı olmayacaq”.

Parlamentari deyib ki, şəhidlərin qanı qurumayan Şuşanı zəbt etmək həvəsi insanlığa sığmır:

"Cənab Prezident dediyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. İllərdir Bakıda, ayrı-ayrı bölgələrdə hektarlarla torpaqlar zəbt olunub, Xəzər hasara alınıb. İndi eyni şeyi gedib Şuşada etmək istəyirlər. Otelləri, obyektləri, villaları azlıq edir?! Bu, sadəcə ayıbdır.

Biz ermənilərin viran qoyduğu Qarabağı insanların yaşaya biləcəyi hala gətirməliyik. Niyə Qarabağı dirçəltmək üçün qollarını çırmamırlar, əvəzində öz aləmlərində bölgü aparırlar? Qubadlı, Kəlbəcər Laçınla sərhəddə görüləcək işlər var. Niyə orada xidmət aparan hərbçilərimizin şəraitini yaxşılaşdırmaq üçün nəsə etmirlər? Bəsdirin büdcəni taladığınız, nə qədər demək, nə qədər tənqid etmək olar?”.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər