Dövlət qurumu Kəmaləddin Heydərovun həyat yoldaşından 100 min manata ofis icarəyə götürüb? - FAKT







Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ofis yerinin icarəyə götürülməsilə bağlı kotirovka sorğusu həyata keçirib. Kotirovka sorğusunun qalibi Heydərova Ruhəngiz Muxtar qızı (VÖEN – 1404729342) olub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Heydərova Ruhəngiz Muxtar qızına məxsus qeyri-yaşayış sahəsini 5 yanvar – 31 dekabr 2021-ci il tarixləri üçün icarəyə götürüb. Multikulturalizm Mərkəzi icarə haqqı olaraq Heydərova Ruhəngiz Muxtar qızına 97 min 680 manat ödəyəcək.
Onu da bildirək ki, Multikulturalizm Mərkəzi ötən il ərzində də ofisin icrası məqsədilə Heydərova Ruhəngiz Muxtar qızı ilə müqavilə imzalayıb. 20 fevral – 31 dekabr 2020-ci il tarixlərini əhatə edən icarə müqaviləsinin dəyəri 48 min 840 manat olub.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə ofis icarəyə verən Heydərova Ruhəngiz Muxtar qızının adı, soyadı və ata adı Fövqəladə Hallar naziri (FHN) Kəmaləddin Heydərovun həyat yoldaşının adı, soyadı və ata adı ilə eynidir. Eyni zamanada Kəmaləddin Heydərovun həyat Ruhəngiz Heydərovanın fəaliyyəti də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzininin fəaliyyət sahəsilə eynilik təşkil edir. Belə ki, Kəmaləddin Heydərovun həyat yoldaşı “SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin rəhbəridir.
Ruhəngiz Heydərova eyni zamanda YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, həmçinin biologiya üzrə fəlsəfə doktorudur. İctimai Birliyin rəsmi veb-səhifəsində qeyd olunur ki, Birliyin tərkibində Şərq Təbabatı Klinikası da fəaliyyət göstərir.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə Bakının mərkəzi küçələrindən hesab olunan Mikayıl Useynov prospektində (Səbail rayonu) yerləşən tarixi binaların birində fəaliyyət göstərir.

Son xəbərlər

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Bütün xəbərlər