gundem / dunya
17.02.2021
Rusiya yarımadada təyyarələrinin sayını 3,5 dəfə artırdı
![]()
2014-cü ildə Krımın Rusiyanın tərkibinə daxil edilməsindən sonra yarımadadakı rus hərbçilərinin və texnikasının sayı bir neçə dəfə artırılıb.
Bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neikpapa deyib.
“7 il ərzində Qara dəniz donanmasının gəmi və sualtı qayıqlarının sayı 45% artaraq 58-ə çatıb. Döyüş təyyarələrinin sayı 3,5 dəfə, vertolyotların sayı 9 dəfə, səyyar atəş reaktiv sistemlərinin sayı 6,5 dəfə artıb. Rus hərbçilərinin sayı 40.000-ə çatıb”, – deyə o bildirib. / Axar.az


