“Ermənilər Paşinyanı ya öldürəcəklər, ya da çevriliş edəcəklər“ - AÇIQLAMA







Noyabrın 10-da imzalanan kapitulyasiya aktından sonra Ermənistanda baş nazir Nikol Paşinyanın əleyhinə başlayan aksiyalar səngimək bilmir. Lakin aradan 3 ay keçməsinə baxmayaraq əleyhidarları hələ də Paşinyanı devirə bilməyib.

Maraqlıdır, Nikol Paşinyanı devirmək niyə mümkün olmur?

Məsələni Yenisabah.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib ki, Paşinyanın “Mənim Addımım” Partiyası parlamentdə mütləq əksəriyyətini təşkil edir:

“Hökumət üzvlərinin əksəriyyəti yerində oturub. Həmçinin ordu və polis də Paşinyanın tərəfindədir. Onun əleyhidarları isə bizim Xalq Cəbhəsi kimi ən çoxu 5 min adam toplaya bilirlər, ondan çox adam gəlmir. Mətbuatın, KİV-in onların əlində olmasına baxmayaraq, əhalinin əksəriyyəti Paşinyanı müdafiə edir, xalq onu devirmək istəmir. Hətta xalqın əksəriyyəti Paşinyann qalmasını istəyir, çünki bilirlər ki, bu yol onları faciəyə gətirib. Paşinyan da görür ki, onu devirmək istəyən qüvvələrin əlində böyük bir imkan yoxdur. Ona görə də, “Mən qalacam və seçkini 2023-cu ildə keçirəcəm”, - deyir”.

Həmsöhbətimiz erməni xalqının Qarabağdan canını qurtarmaq istədiyini vurğulayıb:

“Onlar istəyirlər ki, Qarabağdan canlarını qurtarsınlar, 30 000 km2 ərazidə normal bir dövlət qursunlar və sakit yaşasınlar. İstəmirlər ki, balaları gedib Qarabağda hansısa bir xəyali “Böyük Ermənistan” naminə həlak olsun. Ola bilər ki, əleyhidarlar Paşinyanı öldürsün və ya ordunun hansısa hissəsini qaldırıb böyük çevriliş etsin, amma əvvəldə də dediyim kimi, xalqa seçim buraxılsa, xalq Paşinyanın hakimiyyətdə qalmasını istəyər”.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər