Minalanmış ərazilərin xəritələrini gizlətməklə Ermənistan qeyri-konstruktivlik nümayiş etdirir















Prezident İlham Əliyev Azərbaycana rəhbərliyə başladığı ilk günlərdən düşünülmüş, davamlı və uzaqgörən siyasət yürüdüb. Məhz bu siyasət tarixinin ən qüdrətli Azərbaycanının yaranmasına, Vətən müharibəsində Ermənistanın darmadağın edilərək təsliminə, şanlı zəfər sayəsində ərazilərimizin işğaldan azad edilməsinə səbəb oldu.

Azərbayan dövləti və xalqı Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində qarşısında duran əsas problemin həllinə nail oldu. Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Qarşıda isə bizi yeni mühüm vəzifə gözləyir ki, bu da işğaldan azad olunan ərazilərin bərpa edilməsi ilə bağlıdır.

Məlum olduğu kimi, minaları yerləşdirmək asan, təmizləmək isə olduqca çətindir. Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, bu torpaqlardan səmərəli istifadə işinə mane olur. Azərbaycan Respublikası da münaqişə bölgəsi olaraq ərazilərini minalardan təmizləmək uğrunda hər zaman mübarizə aparan çoxsaylı ölkələrdən biri olub. Torpaqlarımız azad olunduqdan sonra bir daha bəlli oldu ki, çox böyük miqyaslı minalanma həyata keçirilib. Mina problemi qarşımızda duran ciddi problemdir. Artıq xeyli müddətdir ərazilərin minalardan təmizlənməsi prosesi gedir.Əfsuslar olsun ki, son vaxtlarda işğaldan azad olunmuş ərazilərimizdə mütəmadi olaraq baş verən mina partlamaları nəticəsində mülki vətəndaşların həlak olma faktları artmaqda davam edir. Bunun da əsas səbəbi işğalçı dövlətin minalanmış ərazilərin xəritəsini verməməsidir. Bu isə birbaşa 10 noyabr üçtərəfli razılaşmanın şərtlərinin kobudcasına pozulması deməkdir.

Münaqişələr bitdikdən sonra minalı sahələrin xəritələri qarşı tərəfə təqdim edilir ki, həmin ərazilərə gələcək olan mülki əhali bundan zərər görməsin. Ancaq mənfur düşmən işğalda saxladığı Azərbaycan torpaqlarının minalanmış xəritələrini nəinki təhvil vermir, hətta bu ərazilərdə hərbi təyinatı olmayan torpaqları belə minalayıb. Bu isə qərəzli şəkildə minalanmış ərazilərdə mülki vətəndaşların bilərəkdən həlak olması deməkdir. Təbii ki, bu zaman yaralanan və həlak olan hər bir mülki vətəndaşımıza və hərbçilərimizə görə erməni terrorçuları cavab verməlidirlər. Lakin yenə də beynəlxalq ictimaiyyət buna göz yumur, terrorçuya qarşı heç bir sanksiya tətbiq etmir. Belə olduğu təqdirdə isə biz beynəlxalq dəstəyi daha da gücləndirməli, terrorçu ölkənin faşist mahiyyətini daha geniş şəkildə faktlarla dünya ictimaiyyətinə təqdim etməliyik.

Düşmənin təxribatlarına baxmayaraq isə Azərbaycanın işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Prezident İlham Əliyev bu məsələ ilə bağlı hədəfləri cəmiyyətimizə çatdırıb. Güclü dövlət olan Azərbaycan işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

Son xəbərlər

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bütün xəbərlər