gundem / iqtisadiyyat
5.03.2021
SOSİAL Əhalinin banklara olan borcu açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə üzrə əhalinin kredit borcunu və əmanətlərinin həcmini açıqlayıb.
AMB-nin yaydığı məlumata görə, əhalinin kredit borcu 14 milyard 213 milyon 800 min manatdır.
Əmanətlərin həcmi isə 8 milyard 202 milyon 900 min manat təşkil edir.
Qeyd edək ki, məlumatlar 1 fevral 2021-ci ilə qədərki dövrü əhatə edir.


