Azad Rəhimov da “qara siyahı”ya düşüb – Nazirin ABŞ-a getməsinin pərdəarxası






Gənclər və İdman naziri Azad Rəhimovun uzun müddətdən bəri ABŞ-da müalicə olunması onun personası ətrafında müxtəlif söz-söhbətlərin meydana çıxmasına səbəb olub. Tanınmış hökumət üzvünün qəfildən ölkəni tərk etməsi səs-küysüz ötüşməyib.

Nazirin səhhətinin son dərəcə ağır olduğu, hətta tezliklə könüllü şəkildə vəzifəsiylə vidalaşacağı deyilsə də, bu xəbərlər öz təsdiqini tapmadı. Əvvəl mətbuat katibi, sonra isə müavini Azad Rəhimovun səhhətinin qənaətbəxş olduğunu, hətta okeanın o tayından nazirliyi yönəltdiyini iddia etdilər.

Yenisabah.az bildirir ki, Azad Rəhimovun konkret hansı xəstəlikdən əziyyət çəkdiyi bu günə kimi ictimaiyyətə açıqlanmayıb. Nazirin koronavirusa yoluxduğu, artıq çəki və ürəyindəki problemlər üzündən bu xəstəliyi ağır keçirdiyi bildirilsə də, bu məlumatlar rəsmi dairələr tərəfindən təsdiqlənmədi.

Koronavirus xəstələrinin müalicəsi üçün Almaniya, Fransa kimi Avropa ölkələrində daha münbit şəraitin olduğunu nəzərə alanda Rəhimovun təyyarə ilə təxminən 17-20 saat yol qət edib ABŞ-a getməsi bir o qədər də inandırıcı görünmür. Nazirin koronavirusa yoluxduğuna dair xəbərləri sonradan onun yaxın ətrafı da təkzib etdi.

Azad Rəhimov xərçəng xəstəliyindən əziyyət çəkir? Məsələ burasındadır ki, bu iddialar da heç bir rəsmi qaynaq tərəfindən təsdiqlənmir. Müavininin və nazirliyin digər rəsmi şəxslərin dediyinə görə, o, hər gün tabeliyində olan şəxslərlə əlaqə saxlayır, onlara öz tapşırıqlarını verir. Aydın məsələdir ki, xərçəng xəstəliyinin ağır formasından əziyyət çəkən bir adam deyildiyi kimi aktiv həyat tərzi keçirə bilməz. Çox güman ki, bu informasiyalar dövriyyəyə planlı şəkildə buraxılıb. Məqsəd onu müzakirələrin episentrindən uzaqlaşdırmaq olub.

Bəs həqiqət nədən ibarətdir? Azad Rəhimov uzun müddətdən bəri ABŞ-da nə edir?

Apardığımız araşdırmalar zamanı məsələnin mahiyyətini öyrənməyə müvəffəq olduq. Gənclər və İdman Nazirliyində yüksək post tutan şəxslərdən biri saytımıza açıqlamasında Azad Rəhimovun adının hakimiyyətin “qara siyahısında” olduğunu deyib. Onuz sözlərinə görə, hakimiyyət komandasındakı etibarına görə Azad Rəhimov heç də Kəmaləddin Heydərovdan, Cahangir Əsgərovdan, Elçin Quliyevdən, Saleh Məmmədovdan yaxşı durumda deyil. Yol üstdə olan “köhnə qvardiya” təmsilçiləri arasında onun da adı var. İqtidar düşərgəsində Azad müəllimin ona göstərilən etimadı doğrultmadığa barədə çoxdan qənaət formalaşıb.

Mənbə deyib ki, nazir karyerasının son aylarını yaşadığını başa düşən Rəhimovun halı qəfildən pisləşib. Buna səbəb onun uzun müddətdən bəri ürək xəstəliyindən əziyyət çəkməsi göstərilir. Ürək ağrılarının şiddətlənməsi Azad müəllimi müalicə olunmaq məcburiyyəti qarşısında qoyub. Səhhətində yaranan problem bir növ nazirin köməyinə çatıb. O, hədəfdən yayınmaq üçün ölkəni tərk etməyə qərar verib. Nazirin müalicə üçün uzaq Amerikanı seçməsi xəstəliyin ciddiliyi barədə qənaət yaratmağa xidmət edir.

Nazirlik rəsmisi deyib ki, Azad müəllim vəzifəsiylə vidalaşmağa hazırdır. Onu ən çox narahat edən keçmiş həmkarı Səlim Müslümovun aqibətini yaşamaq qorxusudur. Nazirliyin fəaliyyətində aşkarlanan nöqsanlar bu ehtimalı daha da artırır. Nazirin ABŞ səfərinin uzanması da sırf bu amillə bağlıdır. Azad Rəhimov işdən çıxandan sonra azadlıqda qala biləcəyinə və sərvətinə toxunulmayacağına tam təminat alandan sonra Azərbaycana qayıdacaq.

Keçmiş nazirlə bağlı hansı qərarın veriləcəyini isə zaman göstərəcək. Zaman isə hələlik onu xəstəxana divarları arasında yaşamağa məhkum edib...

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər