“Biz pulu verəndən sonra oliqarxa çevrildi?” - Həbsdə olan polkovnik Məlikovun əməlləri






Həbs edilən polkovnik-leytenant hakim önünə çıxarılıb. Külli miqdarda dələduzluqda ittiham edilən şəxsin cinayət işində onun ailə üzvlərinin də adı keçir. Həbsdə olan şəxsin keçmiş qayınatasına qarşı da ittihamlar var.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Əli Məlikovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Proses hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutur.

Əvvəlcə qeyd edək ki, Əli Məlikov DİN-in sabiq əməkdaşı, polis polkovnik-leytenantıdır. O, bu əməllərinə görə DİN-dən qovulub.

Onun keçmiş qayınatası Fövqəladə Hallar Nazirliyinin "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutunun direktoru Sahib Qarayevdir.

Məlumata görə, Əli Məlikovun ailəsinin dağılmasına səbəb də məhz bu hadisələr olub. Bir neçə il əvvəl Əli Məlikova pul verən bəzi şəxslər Sahib Qarayevin adını çəkirdilər. Bildirirdilər ki, Əli Məlikov onlardan aldığı pulu Sahib Qarayevə verib. Sahib Qarayev isə deyilənlərlə razılaşmır.

Əli Məlikova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədilikdə) maddəsi ilə ittiham elan edilib. Əli Məlikov istintaq dövründə bir dəfə həbs edilib, sonra isə azadlığa buraxılaraq barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Daha sonra isə barəsində növbəti dəfə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Əli Məlikov iş görmək adı ilə Səbuhi Məlikova və Rasim İsmayılova qarşı külli miqdarda dələduzluq edib.

İş üzrə zərərçəkmiş kimi tanınan Səbuhi Məlikov həbs edilən Əli Məlikovun əmisi oğludur. Digər zərərçəkmiş Rasim İsmayılov isə Səbuhi Məlikovla dost olub və Əli Məlikovla tanışlıq da buradan yaranıb.

İttihama görə Əli Məlikov hər iki şəxsdən xaricdən mebel gətirmək və topdan satışı ilə məşğul olmaq adı ilə pul alıb. Ümumi zərər 500 min manata yaxındır. Zərərin böyük hissəsi Rasim İsmayılova məxsusdur.

Sonuncu məhkəmə iclasında şahid qismində əvvəlcə Əli Məlikovun qardaşı Vüqar Məlikov ifadə verib.

Vüqar Məlikov ifadəsində qardaşının gördüyü işlərdən tam xəbərdar olmadığını deyib. Amma hakim bu fikirlərə inanmayıb.

Daha sonra Vüqar Məlikov qısa-qısa da olsa qardaşının işlərindən danışmağa başlayıb. Bildirib ki, bu söhbətlər hələ 2012-ci ildən başlayıb. Qardaşı Əli Məlikov zərərçəkmiş kimi tanınan şəxslərdən pul alaraq iş görmək, xaricdən mebel gətirmək istəyib.

Vüqar Məlikov suallara cavab olaraq özünün mebel alveri ilə məşğul olduğunu deyib.

Şahid Vüqar Məlikov qardaşının zərərçəkmişlərdən pulu faizə aldığını deyib. Buna görə də zərərə düşdüyünü bildirib. Zərərçəkmişlər isə bununla razılaşmır. Bildirirlər ki, Əli Məlikova pulu faizə yox, iş görmək adı ilə veriblər.

Vüqar Məlikov bacısının da mebel biznesi ilə məşğul olduğunu söyləyib.

Məhkəmə prosesində şahid qismində Məlikovların bacısı Nərgiz Məlikova da dindirilib.

Nərgiz Məlikova da tam olaraq qardaşı Əli Məlikovun nə işlə məşğul oldğunu deməyib. Suallara cavab verərkən işləmədiyini deyən Nərgiz Məlikovaya hakim xatırladıb ki, qardaşı Vüqar Məlikov onun mebel alveri ilə məşğul olduğunu deyib.

Bundan sonra ifadəsinə düzəliş edən Nərgiz Məlikova deyib ki, pandemiya ilə bağlı işlər yaxşı olmadığına görə işləmir. O, daha əvvəl təhsil sferasında çalışdığını bildirib.

Məhkəmədə zərərçəkmişlər də iştirak edib. Prosesdə hakim tərəflərə çarpaz olaraq suallar verib.

Məlum olub ki, istintaq dövründə Vüqar Məlikov evini və maşınını sataraq qardaşı Əli Məlikovun borclarının bir qismini ödəyib.

Vüqar Məlikov bunu təsdiqləyib və qardaşına görə etdiyini deyib.

Zərərçəkmiş Rasim İsmayılov deyib ki, Əli Məlikov onlardan alınan pulları qardaşı Vüqar Məlikovun mebel biznesinə yatırıb.

"Necə oldu ki, biz pulu verəndən sonra Vüqar Məlikov mebel sektorunda oliqarxa çevrildi? Birdən-birə belə ola bilər?"- deyə zərərçəkmiş Rasim İsmayılov sual edib.

Vüqar və bacısı Nərgiz Məlikovalar bununla razılaşmayıb.

Bu zaman hakim Vüqar Məlikov və Nərgiz Məlikovadan qardaşları Əli Məlikovun aldığı pulları hara xərcləməsini soruşub. Hər ikisi bu suala “bilmirəm” cavabını veriblər.

Zərərçəkmiş Rasim İsmayılov hakimdən söz istəyərək əlavə edib: "Vüqar əmisi oğlu Səbuhiyə deyirdi ki, əmlakları satıb borcu ödəyəcəklər. Mən də buna görə 3 il gözləmişəm. Axırıncı dəfə də Vüqar mənə dedi ki, pulu vermirəm, get qardaşımı tutdur. Bundan sonra da biz şikayət etdik".

Vüqar Məlikov əmlakları satıb borcu qaytaracağı barədə heç bir söz vermədiyini deyib.

Zərərçəkmiş Səbuhi Məlikov isə digər zərərçəkmiş Rasim İsmayılovun dediklərini təsdiq edib.

Məhkəmə araşdırması davam edir.

Son xəbərlər

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Bütün xəbərlər