Bakıda “feyk yarmarka”lar yaradıblar - PROBLEM








Bayramqabağı əhalinin bazar qayğıları artır. İkinci ildir ki, şənbə-bazar günləri ictimai nəqliyyat işləmir. Hətta ən gur alver gedən “8-ci kilometr” bazarında da şənbə-bazar günləri seyrəklikdi. İctimai nəqliyyat yoxdur, ona görə. Ucuz – sərfəli bazarlıq etmək istəyən aztəminatlı ailənin kartof-soğan almaq üçün taksi sifariş edəcəyini təxmin etməz yəqin Operativ Qərargah üzvləri. Elə isə 5 günlük iş həftəsi olan vətəndaş nə zaman, hansı gün bazarlıq edə bilər? Şənbə-bazarı “qara gün”ə çevirmiş Operativ Qərargahı bu sualın cavabı da düşündürmür. Əvəzinə, “kənddən şəhərə yarmarkaları təşkil olunur” elanları verilir. Biri “Gənclik” metrostansiyasının üzərindədir. Amma “M2” işgəncəsi yaşayan hansı sərnişin avtobusdan düşüb o yarmarkaya gedər? Üstəlik, həftənin 5 günü işə gedib-gəlirsə?!

Bazara gediş gəlişi yenə birtəhər yoluna qoymaq olar. Gəl ki əsas məsələ yarmarkalarda satışa çıxarılan ərzaqların qiymətlərinin bahalığındadı. Əhali yarmarkalardakı qiymət bahalığından narazıdır. Hətta “marketlə yarmarkanın fərqi qalmayıb” deyənlər də var.

Mövzuya iqtisadçı baxışını təqdim etməzdən əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Novruz bayramı ilə əlaqədar olaraq 13-19 mart tarixlərində təşkil olunan “Kənddən Şəhərə” yarmarkaları ilə bağlı məlumata nəzər yetirək.
Məlumatda qeyd edilir ki, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq, yerli fermerlər üçün alternativ satış kanalı təşkil etməkdir. “Kənddən şəhərə” Novruz yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

“Aqrar Tədric və Təchizat” ASC bildirir ki, “Kənddən Şəhərə” Novruz yarmarkalarında satışa çıxarılacaq məhsullar tamamilə yerli istehsal olub, müxtəlif regionlarda fəaliyyət göstərən və yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq. Məhsulların qiymətləri digər satış mərkəzlərindən və bazarlardan daha münasib, eləcə də aztəminatlı ailələrin büdcələrinə uyğun olacaq.
“Bayram yarmarkası karantin rejiminin tələblərinə əməl olunmaqla baş tutacaq. Yarmarkada iştirak edəcək fermerlər əvvəlcədən tibbi müayinədən keçiriləcək, ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşlar temperaturları ölçüldükdən sonra yarmarka ərazisinə buraxılacaqlar. Həmçinin, yarmarkanın keçiriləcəyi müddətdə təşkilatçı qurum tərəfindən yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq və ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzarət olunacaq”.



Mövzu ilə bağlı “Şərq”ə danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, yarmarkaların təşklində məqsəd liberal biznes mühitində sağlam rəqabət yaratmaqdır. Lakin məqsədə nail olunduğunu söyləmək xeyli çətindir:

- Şəxsən mən əmin deyiləm ki, fermer kənddən bu yarmarkalara məhsul gətirir. Biz bu yarmarkalarda uzun illər paytaxtda ticarətlə məşğul olanları, bazarlarda alver edənləri görürük. Çox nadir hallarda orda kənddən gəlmiş fermer görə bilərsiz. Birincisi, fermerin yarmarkada satışla məşğul olması üçün gecələməyə yeri olmalıdır.

Fermer gündüz qazandığı pulu gecələmək üçün kirayələdiyi otağa verəcəksə, daha niyə şəhərə gəlir?! Bilirsiz, çalışırlar, görüntü yaratsınlar ki, bayram ərəfəsində yarmarkalar təşkil olunur. Eşidiblər ki, yarmarka olmalıdır, təşkil edirlər.

Amma yarmarkanın mahiyyətini bilmirlər. Yarmarkanın əsl mahiyyəti kəndlinin öz məhsulu ilə orada təmsil olunması, becərdiyi məhsulu özünün satmasıdır. Hamımız da bilirik ki, qiymət o zaman bahalaşır ki, məhsul ikinci, üçüncü “əldən” keçir.

Yəni yarmarkanı yarmarka vacibdir deyə, təşkil edirlər, amma yarmarka mahiyyəti qalır kənarda. Bazardan bir fərqi olmur. Bəzən yarmarkanı bazarla yanaşı təşkil edirlər. Yaxınlıqdakı bazardan çadırlar, piştaxtalar götürüb quraşdırırlar. Bazardakı satıcıları da müəyyən müddətə yarmarkaya cəlb edirlər. Bu, “feyk yarmarka” obrazıdır.

Ona görə də əhali narazıdır, qiymətlərdə fərqi görə bilmirik. Əsl yarmarkalar binaların həyətində fərdi qaydada təşkil olunanlardır. Ətraf bölgələrdən, rayonlardan kimin şəxsi avtomobili varsa, məhsulu yükləyir maşına, gətirib yaşayış binalarının yaxınlığında, həyətlərdə satır. Belə halda qiymətlər münasib olur, sakinlər də bazarlıq edir.

F.İbrahimov qeyd etdi ki, hazırda Bərdə rayonunda dana ətinin kiloqramı 5-6 manatadır.

Həm də laborator müayinədən keçirilmiş ətdir. Amma paytaxta gəlib çatanadək qiymət 12-13 manata qalxır. Bərdədən Bakıya gələnədək qiymət niyə bu qədər qalxmalıdır? Olsun, 7-8 manat. Ən ucuz dana əti “Araz” marketlər şəbəkəsindədi, onun da qiyməti 10 manat 50 qəpikdir. Lakin əhali ucuz satılan ətin keyfiyyətindən arxayın deyil, ucuz ətlərin yaşlı heyvana məxsus olduğunu deyir və haqlıdırlar da. Əsl yarmarka təşkil etmək istəyirlərsə, ilk növbədə fermerin kənddən şəhərə gəlişini təmin etməli və onun yarmarkada öz məhsulunu satmasına şərait yaratmalıdırlar. Yoxsa, yarmarkada da bazardakı ticarətçilər alver edəcəksə, yarmarka boş söhbətdir.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər