Ramiz Mehdiyevin həyat yoldaşı bu gün hakim qarşısına çıxır - SƏBƏB






Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, yanvar ayının 21-də keçirilməsi nəzərdə tutulan hazırlıq iclası baş tutmayıb. Fevral ayının 19-da isə hazırlıq iclası keçirilib. Bu gün – 17 mart tarixində saat 14:00-da Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə məhkəmə baxışı baş tutacaq.
Qeyd edək ki, Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldıran şəxs Səidov Elmar Çingiz oğludur. Elmar Səidov “Fireland Vineyards” MMC-nin ("Odlar Yurdunun Üzümlükləri") qanuni təmsilçisidir. 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biridir.
“Fireland Vineyards” MMC-nin direktoru Elmar Səidovun Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnanı hansı səbəbdən məhkəməyə verdiyi açıqlanmasa da, hər iki şəxsi birləşdirən ortaq məqamlar var.
Məlumat üçün bildirək ki, “Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir. “Fireland Vineyards” MMC-nin Novxanıda A. Şıxlinski küçəsində “Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərir.
Onu da bildirək ki, Novxanı qəsəbəsində Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnaya məxsus böyük torpaq sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı məlumatlarda göstərilir ki, Novxanı kəndində subsidiya alan yalnız 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevna, digəri isə Mehdiyev Teymur Ramiz oğluna məxsus olub.
Noxvanı kəndi ilə bağlı sonuncu məlumat 2017-ci ildə açıqlanıb. Həmin məlumatda göstərilir ki, Mehdiyeva Qalina Yuriyevna sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Mehdiyev Teymur Ramiz oğlu isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar. Rəsmi məlumatlarda göstərilir ki, bu iki şəxsdən başqa Novxanı kəndində subsidiya alan torpaq sahibi olmayıb.
Məlumat üçün qeyd edək ki, “Google Earth” proqramından baxdığımız zaman Novxanı kəndi ərazisində 155 hektarlıq böyük bir torpaq sahəsini əhatə edən yeganə ərazinin də “Duzlu göl” adlanan gölün yaxınlığında yerləşdiyi görülür. Bu səbəbdən həmin torpaq sahəsinin Ramiz Mehdiyevin ailəsinə məxsus olduğunu, həmçinin “Fireland Vineyards” MMC-nin xammal kimi məhz bu ərazidə əkilən üzümdən istifadə etdiyini söyləmək olar.
Xatırladaq ki, 2018-ci ildə isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Səidov Elmar Çingiz oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə ərizə təqdim edib. Hazırda “Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 440 min 963 manat 20 qəpik vergi borcu var.
Ramiz Mehdiyevin həyat yoldaşı bu gün hakim qarşısına çıxır - SƏBƏB

Son xəbərlər

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

Bütün xəbərlər