Qazinin 10 ildir istədiyi torpaq kimə satılıb? - NARAZILIQ!







dogruxeber.tv: - "10 ildir N. B. Yusifbəyli küçəsinin sonu, F. X. Xoyski -1 ünvanının arasındakı istifadəsiz torpaq sahəsini “Torpaq islahatı haqqında” qanunun 14 və 19-cu , “Hərbi qulluqçuların statusu haqqında “ qanunun 12-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 13.1-ci maddələrinə əsasən əldə etmək istəyən Qarabağ qazisinin hələ də qanunla, Konstitusiya ilə qorunan hüququ təmin olunmur. Hətta 3 ildir müvafiq bələdiyyəyə qarşı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatında olsa da, hələ də baxılmayıb".

Məqalədə daha sonra bildirilir: "Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin, hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidmətinin Torpaq Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Xudaverdi Kərimov 10 ildir həmin sahənin bələdiyyənin balansında olduğunu rəsmi qaydada bildirsə də, son ilyarımda dövlət torpağı olması haqqında əsassız fikirlər irəli sürüb. Bu əsassızlıq torpağın konkret hansı dövlət qurumuna aid olduğuna cavab verilməməsindən də qaynaqlanır. Eyni zamanda, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə əsasən, bələdiyyənin dövlət torpağının mülkiyyətinə verilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırmaq səlahiyyəti vardır. Yəni, torpağın dövlət və ya bələdiyyə mülkiyyətində olması Qarabağ qazisinin torpaq hüququnu əngəlləməyə əsas vermir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun tələbinə görə, icra hakimiyyəti orqanlarının bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam vermək hüququ yoxdur, sözügedən hüquq müstəsna qaydada bələdiyyələrə məxsusdur. ƏMDK -nın sözügedən xidmətinin rəis müavini Rafiq Süleymanovun göstərişi ilə Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ. Şərifov məhkəməyə saxta rəy veriblər ki, guya torpaq sahəsi dövlətin mülkiyyətindədir. İndiyədək nə məhkəmənin özü, nə Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzi, nə də hüquq mühafizə orqanları-polis, prokurorluq bu mütəşəkkil cinayətkarlığa hüquqi qiymət verilməsini təmin edir. Deyəsən, torpaq alverində hərənin öz payı var, bircə qanuni ikiqat payı olan Qarabağ qazilərindən başqa. Elə bu “payçılığın” sonuncudur ki, şəhər icra hakimiyyətinin müavini (Yusif Sadıqov ) açıq-aşkar mətnlə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 9.1 maddəsinə axıracan oxumayıb, bu səbəbdən qanunu yanlış izah və tətbiq edərək Qarabağ qazisinə hərracdan torpaq tapmağı məsləhət görüb. Belə bəlli olur ki, torpağın “fatihəsi oxunub” , “hərisi”ni oliqarxlar alıb. Deyəsən, iş məhkəmədə ola-ola məmur oliqarxlar qanunsuz qazıntı işlərinə də başlayıblar. Qazinin də gücü ali dövlət hakimiyyəti orqanlarına, baş prokurorluğa şikayət etməyə çatır.

İstənilən halda, torpaq, onun uğrunda vuruşanın qanuni haqqıdır, məmur -oliqarxın alver obyekti deyil".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dia.az

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər