Access Bankda “şapka” məsələsi... - Müştərilər bu bankdan niyə narazıdır?








Məlumdur ki, son bir neçə ildə Azərbaycanda bir-birinin ardınca banklar müflis olur və bağlanır. Bu ölkənin bank sistemi üçün ciddi problemdir. Bu mövzuda biz həmişə ölkənin bank siyasətini həyata keçirən, Mərkəzi Bankın sədri Elman Rüstəmovu günahkar hesab edirik.
Amma atalar çox düz deyib , 100 dəfə imam üçün, bir dəfə də yezid üçün…
Axı, bank rəhbərləri də bu işdə ciddi səbəbkardırlar.
Belə banklardan biri də “AccessBank” QSC-dir.
Neçə ildir ki, bu bankın bağlanacağı barədə xəbərlər yayılır.
Bəli, bankın xeyli sayda filialı bağlanıb. Təsəvvür edin ki, respublikanın bütün rayonlarında bu bankın filialı var idi. İndi çox az sayda qalıb. Bank yüzlərlə əməkdaşını ixtisara salıb.
Adamdan soruşarlar ki, dünyada ən baha kredit verən banklar Azərbaycandadır. Bəs onda bu banklar niyə zərərlə işləyir, niyə bağlanır.
Bunun bariz nümunəsi kimi gəlin Access bankda baş verənlərə nəzər salaq.
Bankın müştərisi deyir ki, mən rayonda mobil telefonların kredit satışı ilə məşğul olan sahibkaram. 8000 manat kredit götürmək üçün Access Banka müraciət etdim. Buna görə bankın kredit şöbəsi mənim aylıq gəlirimi araşdırdı, kredit telefon satışına dair müqavilələrimi yoxladı, satdığım kredit telefonların alıcılarına zəng edib doğruluğunu bütünlüklə öyrəndi. Rayonda olan kirayə verdiyim iki evimin kirayəçilərini ətraflı yoxladılar, yaşadığım evə və sahibkarlıqla məşğul olduğum mağazaya gedib baxış keçirdilər. Bütün göstəricilərin kredit götürməyə tam cavab verdiyi müəyyən edildi. Ancaq məndən 8000 manat kreditə imza etdirib, 6000 manat pul verəcəyini bildirdilər. Yəni 2000 manat “şapka” verməliyəm.
Bax, burda Kərəmi ağlamaq tutur.
Dünyada ən yüksək faizli banklar bizdə. Hələ, Allah qoymasa, “şapka” da verməlisən. Bunun dünyada analoqu yoxdur.
Bank müştərinin ayağına düşməlidir ki, kredit verib pul qazansın, bizim banklar isə “şapka” istəyir.
Access Bank-ın başqa müştərisi isə deyir ki, qohumuma zamin durdum 6000 manat kredit götürdü və vaxtında ödədi. Sonradan banka gedib, daha böyük məbləğdə kredit götürüb. Bank bu dəfə məndən heç nə soruşmadan məni yenidən zamin yazıb. Və qohumum öldüyü üçün bank məni verib məhkəməyə və mənə deyir krediti ödə. Zamin deyir ki, axı mən ikinci dəfə üzərimə öhdəlik götürməmişəm.
Başqa bir müştəri isə deyir ki, mən Access bankdan kredit götürəndə dolların kursu indiki kimi deyildi. Mən əvvəlki kursla kreditimi ödəmək istəyirəm. Buna görə bank məni məhkəməyə verib.
Belə misallar kifayət qədərdir.
Bəli, banklar məhkəmə hakimlərini də bu işlərə bulaşdırıblar.
İndi özünüz nəticə çıxardın. Belə bankların fəaliyyətinə ehtiyac varmı ?
Bu banklar zəli kimi millətin qanını sorur //gundelik-baku.com//

Son xəbərlər

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bütün xəbərlər