Gənc nazirin bunlardan XƏBƏRİ VARMI? - İDDİA







dogruxeber.tv: - Sumqayıtda yerləşən təhsil müəssisələrində baş verən qanunsuzlar barədə daim redaksiyamıza şikayətlər olubdur. Bunların içərisində Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi xüsusilə seçilir. Aktualxeber.az-ın redaksiyasına daxil olan məlumatlara görə məktəbin direktor əvəzi Sevda Əliyeva dövlət vəsaitlərini müxtəlif üsullarla mənimsəməklə məşğuldur. S. Əliyeva bura rəhbər təyin ediləndən pul yığımı daha da güclənib.
Təhsil ocağı xüsusi tipli məktəb olduğundan orada əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqlar təhsil alır və onlara dərslər ev şəraitində keçilir. Əvvəlki direktorlar Məhəmməd Süleymanov və Mehman Adıgözəlovun zamanından daha artıq pul istəyən S.Əliyeva direktor təyin olunan gündən İcra hakimiyyətinə, Təhsil Nazirliyinə və digər qurumlara vermək adıyla ildə 2 dəfə hər müəllimdən 600-700 manat pul alır. Həmin pulu verməyənləri isə maaşa əlavə edilən 50 faiz vəsaiti kəsəcəyi ilə hədələyir. Məktəbdə dərs saatları da pulla satılır. Belə ki, 18 saat dərs 500, 24 saat dərs 800 manatdır. 50 faizə görə də əlavə 500 manat alınır ki, guya Hesablama Palatasına çatacaq. Bu azmış kimi direktorun tapşırığı ilə ayda hər müəllimdən 60-70 manat da əlavə pul yığılır.
Pandemiya zamanı isə dərslərin keçilməsi demək olar ki, yox səviyyəsinə düşüb. Bu yaxınlarda bundan narazı qalan 9-cu sinif şagirdi Ayxan Allahverdiyevin valideyni Rəsmiyyə xanımın da şikayəti elə dərslərin keçilməməsindən olub. Bundan əlavə aktualxeber.az-a daxil olan məlumata görə ötən ilin sonlarında direktor əvəzi Sevda Əliyevanın 17 saylı məktəbdən dəvət etdiyi Sevda Şahmərdanova adlı müəllimədən aldığı 1.200 manat rüşvəti onun koronavirus xəstəliyindən rəhmətə getməsindən sonra ailəsinə qaytarmaq belə istəməyibdir. Rəhmətliyin qohumu Babək Zeynalov adlı şəxsin əlaqədar qurumlara etdiyi şikayətlərdən sonra direktor bu pulu qaytarıbdır. Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə yuxarıda sadaladığımız qanunsuzluqlardan xəbərdar olsa da hələ ki, bir tədbir görməyibdir. Məktəbdə baş verən qanunsuzluqlar yuxarıda sadaladıqlarımızla bitmir. Redaksiyamıza yeni daxil olan məlumatları növbəti məqaləmizdə oxucularımıza təqdim edəcəyik. Ümidvarıq ki, əlaqədar orqanlar bu yazımızdan sonra dövlət vəsaitlərinin mənimsənilməsinin qarşısını alacaq və günahkarları cəzalandıracaqdır.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər