"Kənd  soveti deyir  200 manat, ya da bir quzu gətir, sənədlərini düzəldim" -  ŞOK İDDİA // VİDEO











"Məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır"
"Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, özünü təvazökar aparmalıdır."
İLHAM ƏLİYEV

Amma, gəlin görək məmurlar Cənab Prezidentin bu qəti ifadələrindən nə dərəcədə nəticə çıxarırlar?!
Ümumiyyətlə nəticə çıxarırlarmı?
Çox təəssüflər olsun ki, xalqa xidmət etmək üçün Prezident tərəfindən vəzifəyə təyin olunan məmurlar, özləri xalqa xidmət etmək yerinə, xalqı özlərinin nəyinki xidmətçisi, hətta nökərləri hesab edirlər desək, yanılmarıq.
"Xərac xurcunları"nı doldurmalarını xalqdan tələb etmək, xalqı talan etmək, onların əməyini istismar etməkdir ki, bunun da öhdəsindən bizim bəzi yerli İcra orqanları, yerli səlahiyyət sahibləri "layiqincə" gəlməyi bacarırlar.
Bizim son zamanlar yerli icra məmurları haqqında olan sərt mövqeyimiz bir çox İcra orqanlarında hiddət doğurub. Amma, əslində düşünmələri lazımdır ki, bizi tanımayan insanları bizim haqqımızda bu cür düşünməyə nə vadar edir???
dogruxeber.tv İnformasiya agentliyi heç vaxt, heç kimsə ilə qərəzli ədavət aparmır və öz maraqlarına xidmət etmir.
Biz bəzi vəzifəsindən sui-istifadə edərək, yalnız öz cibini doyurmaqla məşğul olan, xidmətçisi olduğu xalqın xidmətindən yararlanıb özünə sərvət toplayan və haqqını yedikləri insanları insan yerinə qoymayan özbaşına məmurlar tərəfindən hüquqları tanınmayan vətəndaşların hüquqlarını həmin məmurlara, həmin məmurları isə xalqa, həmçinin onlara güvənib vəzifəyə təyin edən Prezidentə tanıtmaq üçün çalışırıq.
Yeri gəlmişkən bütün yayımladığımız məlumatlar faktlara əsaslanır. Söylədiklərimizin sübutu olan materiallar əlimizdədir, müəyyən qədərini də hər zaman izləyicilərimizin diqqətinə çatdırırıq.
Yuxarıda qeyd etdiyimiz hüquqları tanınmayan vətəndaşlar, vəzifəsindən yararlanıb, sakinlərin "dərisini soyan" səlahiyyət sahibləri çox təəsüf ki, hər yerdə var, eləcə də Samux rayonunda.
Demək, qohumları tərəfindən döyülüb, 4 uşaqla evdən qovulan Hüseynova Ülviyyə Telman qızı özü və həyat yoldaşı Hüseynov Mətləb Kamandar oğlu hər ikisi işsizdirlər. Yaşamağa evləri olmadığı üçün Gəncə şəhər, Atatürk prospekti ev 1. Mənzil 83 ünvanında, köhnə yataqxanada bir otaqda 4 uşaqla müvəqqəti sığınmışlar.
Ülviyyə xanım 4 azyaşlı övladını saxlamaq üçün sosial yardım almaq istəyir. Məlumdur ki, sosial yardımın öz qaydaları var, müəyyən sənədlər toplanıb təqdim edilir, bundan sonra o sənədlər əsasında yardım ayrılır, təbii ki, əgər tələb olunan kriteriyalar uyğundursa.
Ülviyyə xanımın Əsas problemi elə bu tələb olunan sənədləri toplamaqdır. Belə ki, yaşayış yerindən arayış vermək üçün ondan 30 manat rüşvət istəyən "damkom" dediyi komendant, xanımın qeydiyyatda olduğu Daşkəsən rayonunun Əmirvar kəndinin "sovet sədri" adlandırdıqları İcra nümayəndəsi, lazım olan sənədləri hazırlamaq üçün ondan bir quzu, 200 azn rüşvət istəyən Rüfət müəllim adlı şəxs səlahiyyətləri ilə yalnız öz maraqlarına xidmət edirlər.
Ülviyyə xanım onu da qeyd edir ki, "ümumiyyətlə hara müraciət edirəmsə məndən hər kağız üçün pul istəyirlər."
Çarəsiz sakin yenə də üzünü Cənab Prezidentə tutaraq, kömək istəyir.
İnanırıq ki, cənab Prezident tezliklə məsələni kökündən həll etmək üçün gərəkli göstərişləri verəcəkdir.

P.S: Diqqətinizə çatdırırıq ki, Ülviyyə xanım Hüseynova Daşkəsən rayonunun Əmirvar kəndinin icra nümayəndəsi, Gəncə şəhər, Atatürk prospekti ev 1 ünvanının komendantı və Samux rayonunun Sərkar kəndinin adlarını çəkib. Yəni söhbət təkcə bir rayonda cərəyan edən karrupsiya hallarından getmir. Qeyd olunan faktlar adı çəkilən hər üç ünvanda müşahidə olunur.
Aşağıdakı videogörüntünü izləyərkən özünüz də ifadələrimizin sərt olma səbəblərini aydınca anlayacaqsınız.
Mövzu diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər