Eldar Həsənovun vəkilləri ölkə başçısı cənab İlham Əliyevə müraciət etdilər
















Eldar Həsənovun vəkilləri köməklik üçün mətbuat vasitəsi ilə Cənab Prezidentə müraciət edirlər.(məsələnin təcili olması ilə bağlı müraciət məhz mətbuat vasitəsi edilir)
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ
Həsənov Eldar Hümbət oğlunun vəkilləri
Cəlil Mirzəyev, Valeh Mehraliyev, Adəm Məmmədov,
Cavad Cavadov tərəfindən
MÜRACİƏT:
Möhtərəm cənab Prezident!
Mətbuat vasitəsi ilə Sizə müraciətimizin əsas məqsədi hüquqlarını müdafiə etdiyimiz Həsənov Eldar Hümbət oğlunun səhhətinin ciddi formada ağırlaşması və həyati-təhlükə olması ilə bağlı təcili tibbi müdaxilənin aparılması ilə bağlıdır.
Ümid edirik ki, vəkillərin bu səsi tərəfinizdən eşidiləcəkdir.
Artıq iki aya yaxındır ki, müayinə və tibbi yardım üçün müxtəlif xəstəxanalardan ixtisaslaşmış həkimlərin E.Həsənovun saxlanıldığı istintaq təcridxanasına dəvət olunması barədə verilmiş vəsatətlərə, müraciətlərə Baş Prokurorluğun istintaq qrupu tərəfindən konstitusiyaya, humanizm prinsiplərinə, beynəlxalq hüququn normalarına zidd olaraq icazə verilməmişdir.
Həmçinin son 6 ay ərzində dəfələrlə E.Həsənovun həbs qətimkan tədbirinin dəyişməklə Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarada cərrahi əməliyyatlar keçirilməsinə dair verilmis vəsatətlər, şikayətlər heç bir qanuni əsaslar gətirilmədən rədd edilərək icazə verilməmişdir.
Son 6 ildə 7 ağır cərrahi əməliyyatlar keçirən, hazırda onurğa problemlərindən iflic ərəfəsində olan, dəhşətli ağrılar keçirən, davamlı ürək ağrıları ilə müşaiyət olunan, şəkərli diabet, xüsusi risk qrupuna aid olan 66 yaşlı Edar Həsənov Prokurorluğun istintaq qrupunun ona qarşı digər qanunsuqlarla yanaşı bu cür qeyri-insani münasibətini onun səhhətinə, sağlamlığına, yaşamaq hüququna yönəlmiş bir qəsd kimi qimətləndirir.
Eldar Həsəənovun hal-hazırda gündəlik qəbul etdiyi dərmanlara nəzər yetirilsə onun səhhətinin hansı vəziyyətdə olması əyani olaraq görünəcək. Siyahı hamını dəhşətə gətirir:
Şəkərli-diabeti üçün
1. Janumet – 1 t x 2 dənə (səhər, axşam),
2. Jardiance – 1 t x 2 dənə,
Ürək üçün
3. Sortes – 2 t x 1 d,
4. Triatek – 2 t x 2 d,
5. Carvaton – 1 t x 2 d,
6. Valokardin – 20 damla x 3 dəfə,
7. Validol – 1 t x 2 d,
8. Aspirin-kardio – 1 t x 2 d,
Yaddaş üçün
9. Rezerkane- 1 t x 2,
Yuxu üçün
10. Remeron – 1,5 t x 1 d,
11. Dalmadorm – 1- 1,5 t x 1 d,
12. Relaxane – 1 t x 2 d,
13. Mugakalm – 1 t x 2 d,
14. Voltoren- 1-2 tab x 1- 2 d
15. Ketanol (100 mq) 3 – 7 tab – 24 saatərzində (çox təhlükəli doza),
16. Azrozol (ингаляционныйдозированный) – nəfəs almada problemlər yarananda,
17. Movicol – gündə 2-3-4 dəfə),
18. Laxoberon – gündə 2-3-4 dəfə),
19. Nücleoc.m.p. Forte ( sümük ağrıları üçün),
20. Сольбутанол (интели) nəfəs alma problem yarananda,
Məlumat üçün onu da bildirək ki, Eldar Həsənov ona elan olunmuş ittihamları həbsinin ilk günündən qətiyyən qəbul etmir, onları əsassız və qərəzli hesab edir.
Möhtərəm cənab Prezident!
Yuxarıda sadalananları nəzərə alaraq Sizdən xahiş edirik:
Həsənov Eldar Hümbət oğlunun səhhətində mövcud real həyati-təhlükəli durumla bağlı təcili tibbi müdaxilə edilməsinə və bu əsaslarla həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün mümkün olan köməklik edəsiniz.
Hörmətlə,
Cəlil Mirzəyev
Valeh Mehraliyev
Adəm Məmmədov
Cavad Cavadov

Son xəbərlər

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bu yolda hərəkət məhdudlaşdırıldı

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Türkiyəyə 200 kq ağırlığında dron düşdü

Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

Bütün xəbərlər