"Mətbuat   Azadlığı  İndeksi"nə   görə   Azərbaycan  yenə   qara  sıyahıdadır















dogruxeber.tv: - Aprelin 20-də “Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatı dünya üzrə bir illik Mətbuat Azadlığı İndeksini dərc edib. Məruzə göstərir ki, 180 ölkədən 73-də jurnalistika tamamilə və ya xeyli çətinləşib, 59 ölkədə isə məhdudlaşdırılıb.

Yenixeber.org: “İndeks” informasiya əldə etmək məhdudiyyətlərinin səviyyəsi və xəbərlərin işıqlandırılmasında maneələrlə müəyyən edilir. Araşdırma göstərir ki, dünyada, xüsusən Asiya və Yaxın Şərqdə, amma eyni zamanda Avropada da jurnalistlərin həssas mövzuları araşdırması və işıqlandırması getdikcə daha da çətinləşir, deyə məruzədə bildirilir.

İctimaiyyəti yanıldan yanlış və ya saxta xəbərlər əhəmiyyətli problemə çevrilib.

Ardıcıl olaraq beşinci ildir ki, Norveç birinci yeri tutur, baxmayaraq ki, ölkə kütləvi informasiya vasitələri pandemiya haqqında ictimai məlumat əldə etməyin mümkün olmadığını bildirirlər. Finlandiya 2-ci yerdə qalıb, İsveç isə (3-cü yer, +1) ötən il Danimarkaya (4-cü yer) güzəştə getdiyi üçüncü yerə qayıdıb. Beləliklə, 2021-ci ilin qiymətləndirməsi mətbuat azadlığının qorunub saxlanması məsələsində “Şimal üstünlüyü” və ya “Skandinaviya modeli” formasını təsdiq edir.

Hazırda 180 ölkədən cəmi 12-si və ya 7%-i əlverişli informasiya mühiti ilə fəxr edə bilər (Ağ Siyahı).

36 ölkədə mətbuat azadlığı sahəsində vəziyyət normal hesab olunur (Sarı Siyahı).

59 ölkədə ciddi problemlər var (Qəhvəyi Siyahı).

51 ölkədə vəziyyət pisdir (Qırmızı Siyahı).

Nəhayət, 20 ölkədə mətbuat azadlığı sahəsində vəziyyət həddindən artıq ağırdır (Qara Siyahı).

“İndeks”in ən sonunda Türkmənistan (178), Şimali Koreya (179) və Eritreya (180) var. Bu ölkələrdə xəbərlərə və informasiyaya mütləq nəzarət qalmaqdadır. Belə ki, ilk iki ölkə COVİD-19 hadisələri haqqında heç bir məlumat vermir, sonuncu ölkə isə indiyədək 20 il əvvəl həbs edilmiş onlarla jurnalistin aqibətini açıqlamır.

Mətbuat azadlığı göstəriciləri ən əlverişli olan qitələr Avropa və Amerika (Şimali və Cənubi) olaraq qalır.

Şərqi Avropa və Orta Asiya, xüsusən Belarusda (158-ci yer) baş verən hadisələr – prezident seçkilərinin elan olunmuş nəticələrinə görə etiraz aksiyasının miqyasını gizlətmək məqsədilə jurnalistlərə qarşı miqyasına görə misli görünməmiş repressiyaların müşahidə olunması ilə əlaqədar regionda axırdan əvvəlki yerdə qalmaqdadır.

Bir sıra Şərqi Avropa və Orta Asiya ölkələrində Allot və Sandvayn kimi transmilli korporasiyaların proqram təminatı vasitəsilə İnternetin tamamilə bloklanması üzrə “eksperimentlər” keçirilib. Qafqazda bu, 2020-ci ilin payızında Dağlıq Qarabağda münaqişə zamanı Azərbaycanda (167-ci yer) baş verib.

Bəzi hökumətlərin qarşısıalınmaz senzurasının məqsədi, Rusiyada (150-ci yer, -1) olduğu kimi, informasiyaya nəzarət etməkdən ibarət olub. Orada müstəqil kütləvi informasiya vasitələri aylarca hökumətin Covid-19 pandemiyasının necə keçdiyi barədə yalan məlumatlarına qarşı mübarizədə güclü təzyiqə məruz qalıblar.

Ermənistan və Gürcüstan – Azərbaycanın qonşuları müvafiq olaraq 63-cü və 60-cı yerdə, Qəhvəyi Siyahı ölkələri arasında yerləşib.

Azərbaycanın ən yaxın qonşuları Tacikistan (162), İraq (163), Liviya (164), Misir (166) olub.

Azərbaycan Səudiyyə Ərəbistanından (171), Suriyadan (174), Çindən (177) öndə olub.

* 2002-ci ildən etibarən dərc olunan Mətbuat Azadlığı İndeksi jurnalistlərin müdafiəsi üçün əsas alətdir. Bu, kütləvi informasiya vasitələrinin azadlığı ilə bağlı vəziyyətin plüralizmin, media azadlığının qiymətləndirilməsinə, qanunvericiliyə və ölkədə jurnalistlərin müdafiə səviyyəsinə əsaslanan əksidir.(turan)

Son xəbərlər

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bu yolda hərəkət məhdudlaşdırıldı

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Türkiyəyə 200 kq ağırlığında dron düşdü

Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

Bütün xəbərlər