Masallıda 40 illik “imperiyanın” sonu

Cenub.az saytına bir neçə mənbədən daxil olan məlumata görə Masallı şəhər 1 saylı tam orta məktəbin direktoru Mirxanım Hüseynova və Masallı şəhər 6 saylı məktəbin direktoru (Seybətin məktəbi) Elman Nəzərov işdə yol verdiyi ciddi nöqsanlara görə Təhsil Nazirliyinin əmri ilə daşıdıqları vəzifələrindən azad olunublar.

dogruxeber.tv - Beləliklə, Masallıda boş direktor vəzifələrinin sayı 12-yə çatdı.

Xatırladaq ki, Masallı şəhər 1 saylı məktəbinə 40 ilə yaxın idi ki, “Tərəqqi” medallı “Əməkdar müəllim” Mirqabil Hüseynov rəhbərlik edirdi. Onun başının üstündə dəfələrlə xeyli “qara buludlar” əssə də, “hamının dostu” olmağa bacaran Mirqabil Hüseynov bu xatalardan yan keçə bilmişdi. 2 il öncə qəfildən “radara”düşdüyündən direktorluqdan müavinliyə keçdi. Direktorluğu isə yaxın qohumu M. Hüseynovaya etibar etdi. Həmin vəzifədə kimin olmasından asılı olmayaraq Mirqabil müəllimin “ruhu” orada dolaşırdı. Nəhayət, bir neçə ay öncə Mirqabil müəllim vəziyyətin “rusca” olduğunu görüb müavinliklə də vidalaşdı. Bir neçə gün öncə Ağsaqqallar Şurasının üzvlüyündən də çıxarılan Mirqabil müəllim bu günlər daha bir bəd xəbər aldı- onun orada sonuncu dayağı-Mirxanım Hüseynova da Masallı Təhsil Şöbəsinin apardığı yoxlamaların nəticəsinə və təhsil nazirliyinin müvafiq əmrinə əsasən vəzifəsi ilə vidalaşıb.

Beləliklə, Hüseynovların bu məktəb üzərində 40 illik “imperiyasına” son qoyulub. RTŞ müdiri cəsarətli M. Hüseynovla “tetate” döyüşə getdi və uddu.

Ortada bu məktəblə bağlı az qala dastanlara sığmayan ilginc məlumatlar olsa da, köhnə salam-əleykə görə, hələ ki, susmağa üstünlük verdik.

Son məlumata görə, 26 aprel 2021-ci ildə məktəbdə son təhvil-təslim işləri aparılacaq.

Beləliklə, 40 illik “imperiyanın” sonu.

Allah səbir versin!
Cenub.az.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər