gundem / hadise
30.04.2021
Bakı sakini əmisi nəvəsi tərəfindən bıçaqlanıb
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
dogruxeber.tv APA-ya istinadən xəbər verir ki, hadisə "Albalılıq" yaşayış massivində qeydə alınıb.
1996-cı il təvəllüdlü Bayramov Hüseyn Bayram oğlu əmisinin nəvəsi ilə mübahisə edərkən bıçaqlanıb. O, sağ döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


