hadise
15.12.2020, 10:20
Bakıda iki nəfər bıçaqlanıb

Bakının Suraxanı və Yasamal rayonlarında bıçaqlanma hadisələri baş verib.
dogruxeber.tv bildirir ki, Qaraçuxur qəsəbəsində 42 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.1978-ci il təvəllüdlü Cəlilov Elman Əmir oğlu tanımadığı şəxsin hücumuna məruz qalıb. O, döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Analoji hadisə Yasamal rayonunda da baş verib. 1978-ci il təvəllüdlü Təvəkkülov Şahin Xoşbəxt oğlu dava zamanı tanışı tərəfindən bıçaqlanıb. Yaralı qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
(Apa.az)


