hadise
22.08.2020, 10:08
Bakıda kişi qonşusu tərəfindən bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
dogruxeber.tv bildirir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.Belə ki, 1988-ci il təvəllüdlü Tağıyev Kamran Natiq oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.
(Apa.az)


