hadise
4.08.2020
Abşeronda 35 yaşlı kişi qonşusu tərəfindən bıçaqlandı

Abşeron rayonunun Masazır qəsəbəsində qonşular arasında dava düşüb.
dogruxeber.tv bildirir ki, hadisə “Yeni Bakı” qəsəbəsi, 4E ünvanında baş verib.
1985-ci il təvəllüdlü Məhəmmədzadə Faiq Nadir oğlunun böyrək nahiyəsinə qonşusu ilə mübahisə zamanı dörd bıçaq zərbəsi vurulub.
Yaralı ağır vəziyyətdə Bakıdakı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
(Oxu.az)


