Masallı belə idarə olunur... - İTTİHAM

dogruxeber.tv: - Masallı rayonundakı ictimai və sosial - iqtisadi vəziyyət barədə son illərdə müstəqil mətbuat orqanlarında çoxlu sayda məqalələr dərc olunmuş və video - materiallar yayımlanmışdır. Həmin materialların böyük qismi əhalinin acınacaqlı yaşayış səviyyəsi, kasıb insanların sosial hüquqlarının məmurlar tərəfindən davamlı olaraq pozulması, papaqlarının yeri dəyişdirilən icra hakimiyyəti başçılarının korrupsiyaya qurşanmaları, dövlət idarələrində rüşvətin adiləşməsi və sair məsələlər barəsindədir.Son illərdə hüquqları tapdanan rayon sakinləri tərəfindən əsasən Prezident Adminstrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və digər ali hakimiyyət orqanlarına rayonda çalışan vəzifəli məmurların qanunsuz əməl və hərəkətləriylə bağlı yüzlərlə şikayət məktubları göndərilmişdir. Lakin rayon sakinlərinin şikayətləri baxılması üçün barələrində narazılıq etdikləri vəzifəli məmurlara həvalə olunmuşdur. İllərlə davam edən yazışmalar və məhkəmə çəkişmələri insanları bezdirib. Bütün oyunları isə rayona rəhbərlik edən icra hakimiyyətinin başçıları idarə edir. Rafil Hüseynovun 2012 -ci ildən 2020 - ci ilə kimi Masallıda törətdiyi korrupsiya və digər cinayət xarakterli əməllərinə hüquqi qiymət verilmədən Ağcabədi rayonuna icra hakimiyyətinin başçısı vəzifəsinə dəyişdirildi. Onun qohumu Şahin Məmmədov isə Ağcabədi rayonunda yaratdığı korrupsiya çirkabından çıxarılaraq Masallıya icra hakimiyyətinin başçısı vəzifəsinə keçirildi. Ağcabədi rayon sakinlərinin Şahin Məmmədovun korrupsiya əməlləri barədə Prezident Adminstrasiyasına, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə göndərdikləri saysız - hesabsız şikayətlər baxılmamış qapadıldı. Masallı rayon sakinləri arasında gəzən söhbətlərə görə qohum icra başçılarının himayədarı yuxarıların məsul şəxlərindəndir. Etibarlı mənbələrdən öyrəndiyimiz məlumatlara görə qohum icra başçıları qarşılıqlı olaraq bir - birlərinin kəm - kəsirlərini aradan qaldırır, vəzifələrə təyin etməkdən ötrü külli miqdarda rüşvət aldıqları şəxslərin işlərini nizama salır, eyni zamanda əmlaklarını mühafizə edirlər. Təkcə bunu qeyd etmək yetərlidir ki, Rafil Hüseynovun dönəmində Masallı rayon Mənzil Kommunal Təssərrüfatı Birliyində həyata keçirilmiş korrupsiya cinayətlərini Şahin Məmmədov ciddi - cəhdlə ört -basdır etdirmək istəyir. Prokurorluq orqanlarının aşkarladığı 240 min manatdan çox mənimsəmə faktına hal -hazıra kimi hüquqi qiymət verilməmişdir. Məhz bu səbəbdən idarəyə yeni təyin olunmuş sabiq rəis Nazim Muradov öz xahişi ilə işdən azad olunmuşdur. Viləş Çay Su Anbarının qorunma zolağında və Ərkivan -Kosakül yaşayış məntəqələrinin yaxınlığındakı ərazilərdə Rafil Hüseynovun göstərişi ilə qanunsuz olaraq qazılıb Türkiyə Respublikasının "Kolin" şirkətinə yol tikintisindən ötrü satılmış torpaq örtüyünə görə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılmış cinayət işi də Şahin Məmmədovun maraqları səviyyəsində bağlanmışdır. Rayon ziyalılarından öyrəndiyimizə əsasən
Şahin Məmmədov öz şəxsiyyətinə hörmət edən məmurları gözümçıxdıya salır, onların barəsində komromatlar toplayır. Məsələn, İHB - nın Masallı şəhər İnzibati -Ərazi Dairəsi üzrə nümayəndəsi Kamal Mazanov da məhz Şahin Məmmədovun əsassız ittihamları ilə üzləşərək vəzifəsindən azad edilməsi barədə məcburən ərizə yazmışdır.
Masallı rayon sakinləri bildirirlər ki, Şahin Məmmədov qohumu Rafil Hüseynovun Masallı rayonundakı təsərrüfat obyektlərinə də nəzarət edir.
Şahin Məmmədov rayonu şəxsi maraqları səviyyəsində idarə edir, lakin sakinlərin əksəriyyəti onun fəaliyyətindən narazıdır. Gec, ya tez "su çanağı suda sınacaq."
P.S. Masallı rayonundakı sosial və ictimai durumla bağlı araşdırmalarımız davam edəcək. //gundelik-baku.com//

Oxunub: 681

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər