Azərbaycandan Londona 33 milyon aparan ər-arvadın adları açıqlanacaq - TƏFƏRRÜAT

dogruxeber.tv: - Azərbaycandan Britaniyaya 14 milyon funt sterlinq (33,75 milyon manat) "çirkli pul" gətirməkdə ittiham olunan ər-arvadın adları açıqlana bilər.
Yeniavaz.com adıçəkilən ölkənin "The Evening Standard" nəşrinə istinadla xəbər verir ki, məhkəmə sədri Vanessa Bareytser may ayının 27-də bununla bağlı hökm çıxarıb. Hökmdə, cütlüyün kimliyinin gizli saxlanmasının "açıq ədalət" prinsipi ilə ziddiyyət təşkil etdiyi bildirilir. Qeyd olunur ki, cütlüyə qarşı iddiaların tam detallarının üzərindən məxfilik qaldırılır.
Hakim indiyədək X və Y kimi təqdim olunan ər və arvadın adlarının açıqlanması üçün yeddi gün vaxt qoyub. Qarşı tərəf bu müddət ərzində qərara yenidən baxılması üçün vəsatət qaldıra bilər.
Cütlüyün vəkilləri bildiriblər ki, onlar məxfiliyin qaldırılmasına Ali Məhkəmə səviyyəsində qadağan qoyulmasına və qərara ədliyyə baxışı keçirilməsinə nail olmaq istəyirlər. Onlar, cütlüyün adlarının açıqlanmasının başqa məhkəmə proseslərinin gedişatına da təsir edə biləcəyini deyiblər.
Nəşr bildirib ki, sözügedən ər və arvadın adlarının açıqlanması üçün iddianı elə mətbuat orqanının özü qaldırıb. İşin üstünü açan Britaniya Milli Cinayət Agentliyi (NCA) də, nəşrin bu tələbini dəstəkləyib.
Qeyd edək ki, Milli Cinayət Agentliyi sözügedən cütlüyü qeyri-qanuni üsullardan istifadə etməklə “çirkli pul”ları yumaqda ittiham edir.
NCA iddia edir ki, sözü gedən vəsait Estoniya və Latviyadakı bank hesablarından Britaniyadakı bank hesablarına köçürülüb.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər