Keçmiş şöbə müdirindən Ramin Bayramlıya sərt İTTİHAMLAR - "TƏBİB-in əmrini sübut hesab etməyib..."


dogruxeber.tv: - Uzun müddət TƏBİB-də şöbə müdiri vəzifəsində çalışan Xəyalə Həsənova bu qurumun rəhbərliyindən şikayətçidir. Hesab edir ki, TƏBİB tərəfindən ona qarşı haqsızlıq edilib. Belə ki, şikayətçi uzun müddət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin İnsan resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışıb. Lakin bir müddət sonra-2020-ci il dekabrın 30-da səhhətində yaranan problemlərlə əlaqədar xəstəlik vərəqəsində olarkən o, qanunsuz şəkildə işdən çıxarılıb.

Yaranmış vəziyyətlə əlaqədar Yenisabah.az-a müraciət edən Xəyalə Həsənova işdən çıxarıldıqdan sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinə zidd olaraq əməkhaqqının da gecikdirildiyini diqqətə çatdırıb:

“Əməkhaqqımı natamam şəkildə 1 aydan sonra, əmək kitabçamı isə 2 aydan çox müddət keçdikdən sonra ala bilmişəm. TƏBİB-in fəalliyətə başladığı ilk gündən bu qurumun struktur, ştat, işə qəbullar, idarəsinə verilmiş xəstəxanaların yeni qaydalara uyğun idarə olunması və s. kimi məsuliyyətli və ağır işləri görmüşəm. Pandemiya və müharibə dövrlərində gündüzlərlə yanaşı, gecələr də işləmişəm və xalqıma xidmət göstərmişəm. Bunu həmin dövrdə TƏBİB-də və üst qurum olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində işləyən hər kəs təsdiq edə bilər. Bütün bunları deməklə bildirmək istəyirəm ki, ölkəsi üçün dayanmadan çalışan gənclərin kiminsə istəyi ilə sifarişlə işdən çıxarılması, zənnimcə, bu qədər asan olmamalıdır. Həmçinin cənab Prezident dəfələrlə çıxışlarında qeyd etmişdir ki, xüsusilə pandemiya dövründə çalışan işçilərin səbəbsiz şəkildə işdən çıxarılması yolverilməzdir. Bütün bunlara baxmayaraq, 30.12.2020-ci ildə xəbərim olmadan işdən çıxarılmışam”.

Həmsöhbətimizin sözlərinə görə, o, əmək müqaviləsinə xitam verilməsi haqda əvvəlcədən heç bir məlumat almayıb. Nəticədə xitam prosesinin qanunsuz olduğunu ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib:

“Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən araşdırma aparılıb və TƏBİB-in qanunvericiliyi kobud surətdə pozması müəyyənləşdirilib. Lakin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mənim işə bərpa olunmam barədə göstərişə TƏBİB tərəfindən əməl olunmayıb. Məhkəməyə müraciət edəcəm dedikdə isə TƏBİB rəhbərliyi mənə, “Get nə edirsən et, TƏBİB- ə qalib gələcəksən?”,-dedi. Məsələ ilə bağlı Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Bəli, hakim Cəmilə Musayeva bu qədər sübutlar qarşısında mənim qanunsuz işdən çıxarıldığımı qəbul etdi, amma əsassız şəkildə məhkəmənin iddia müddətini ötürdüyümü əsas göstərərək iddianı rədd etdi. Lakin müddət ötürülməyib. Əlavə olaraq qeyri-iş günlərimdə işlədiyim əvəz günlərimin haqqının verilməsi barəsində də iddiam məhkəmə tərəfindən qanunsuz olaraq rədd edilib. Hakim əsassız olaraq işəgötürənin, yəni TƏBİB-in əmrini sübut hesab etməyib və iddianı rədd edib. Bu məsələni də Müfəttişlik xidməti araşdırmış və ödənilməli olduğunu bildirib”.

Xəyalə Həsənova məhkəmənin qərarı ilə razı olmadığını vurğulayıb:

“TƏBİB-in də, hakimin də sadə vətəndaşlara qarşı belə qərəzli yanaşması ilk deyil. Araşdırılmasını xahiş edirəm. Apelyasiya məhkəməsinə artıq müraciət etmişəm. Məsələni ictimailəşdirməkdə məqsədim ədalətli və qanuna uyğun şəkildə məsələnin həll olunmasında mənə kömək göstərilməsidir. Onların kimə və nəyə arxalandığını bilmirəm, amma mənim arxalandığım yalnız qanun, xalq və ədalətdir. Əminəm ki, onlar mənə kömək olacaqlar”.//Gundemxeber.Az

Oxunub: 774

Son xəbərlər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər.

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

Bütün xəbərlər