"İcbari kimi qeydə alsalar da hər şey üçün pul tələb olunur" - GİLEY


dogruxeber.tv: - "Tibb müəssisələri hər mənada iflic vəziyyətdədir".
Bu sözləri rejissor, dublyaj aktyoru Kamal Yaşar "Facebook" hesabında yazıb.
O bildirib ki, Yasamal rayonu 19 saylı xəstəxanadan göndərişlə Sabunçu 3 saylı xəstəxanaya gəlib. İcbari kimi qeydə alsalar da hər şey üçün cidd-cəhdlə pul ödənişi tələb olunur:
"TƏBİB, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, istiqamətləndirdiyiniz tibb müəssisələri hər mənada iflic vəziyyətdədir. Yasamal 19 saylıdan göndərişlə Sabunçu 3 saylıya gəlmişəm. İcbari kimi qeydə alsalar da hər şey üçün cidd-cəhdlə pul ödənişi tələb olunur. Bütün analizlər ödənişlidir. Bu da azmış kimi labaratoriyalar bərbad vəziyyətdədir. Adi TSH və insulin analizləri o boyda dövlət xəstəxanasının labaratoriyasında yoxdur və oradan hamını özəl klinikalara istiqamətləndirirlər. Bu vəziyyətlərə nəzarət edin. Əks halda vətəndaş və dövlət qurumları arasında narazılıqların yaranmasına səbəb olursunuz! Jurnalist yoldaşlar, lütfən bu və bu kimi problemləri diqqətdə saxlayın”.
Qeyd edək ki, K. Yaşarın məlumatına görə məsələ ilə bağlı artıq araşdırma aparılır:
"Məsələ ilə bağlı TƏBİB-dən Elnarə Baxış (qurumun sözçüsü) xanım əlaqə saxladı, diqqəti üçün təşəkkür edirəm. Ardınca xəstəxananın baş həkimi zəng etdi. Hazırda onunla görüşəcəyəm və problemləri bir-bir ona da bildirəcəyəm. Məsələ mən deyiləm, məsələ hamımızdır, cəmiyyətdir. Əslində adi, çox normal və olmalı olan bir məsələdir, adi prosedurdur bunlar. Cəmiyyətin aydınlığa qovuşması üçün hamımız can atmalıyıq. İşindən, statusundan sui-istifadə edən hər kəsə bu və ya digər formalarda xəbərdarlıq edilməlidir. Beləcə arzu etdiyimiz vətəndaş cəmiyyəti formalaşacaq. Aydın, savadlı və mənəviyyatlı cəmiyyət naminə!”.//dia.az

Oxunub: 672

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər