Xankəndidə yaşananlar: "Rusiya iş başındadır" - Pərdəarxası...


dogruxeber.tv: - Xankəndidə baş verənlər fonunda Ermənistan mətbuatında yayılan iki informasiya diqqət çəkir:
Birincisi, yaxın gələcəkdə Ermənistan və Rusiya rəhbərliyi Rusiya sülhməramlılarının Gegarkunik bölgəsinə yerləşdirilməsini nəzərdən keçirir.
Bu informasiyanı baş qərargah rəisi Aryak Davtyan təsdiqləyib.
Artak Davtyan danışıqlarda Azərbaycanın da iştirakçı olacağını bildirib.
Artak Davtyanın açıqlaması həm erməni ictimai rəyində Qarabağa dair bütün izləri silməyə yönəlib, həm də Azərbaycanın sərhədlərini bərpa edərkən İrəvanın acziliyini sətiralatı da olsa etiraf etməyə hədəflənib.

Onun “Azərbaycan bizim ərazilərə gələndə ondan soruşacağımız bir şey yoxdur, lakin danışıqlar Rusiya ilə aparılır. Məqsədimiz odur ki, toqquşma olmadan Azərbaycan qoşunları geri çəkilsin (sərhəddən)” deməsi də İrəvanın seçkilərdən sonrakı prioritetlərinin ifadəsidir.
Xankəndidə baş verən etirazlar, separatçıların başçısı Araik Arutyunyana qarşı cəbhənin fəallaşması, Araikin bir sıra mesaj verməsi də Davtyanın dediklərini tündləşdirir.

Araik deyir ki, Ermənistan olmadan Qarabağda yaşayan ermənilər yaşaya bilməz, üstəgəl, bir neçə aydır Qarabağda yaşayan ermənilərin sayının şişirdilməsini bilərəkdən etiraf edib. Bəli, məhz bilərəkdən, məqsəd “artıq Qarabağda ermənilər yaşamaq istəmir, tərk edirlər” mesajını vermək idi.
İndi Ermənistan üçün Qarabağ həyati əhəmiyyət kəsb etmir, indi əsas diqqət sərhədə fokuslanıb.

Düşünmək olar ki, Xankəndidəki etirazları Rusiya körükləyir. O başqa məsələ ki, Araik piyadadır və həm Moksvanın, həm də İrəvanın əlinə oynayır. Etirazların hədəfi heç də o deyil, Nikol Paşinyandır.

Rusiyanın məqsədi həm Qarabağda, həm də sərhəddə sülhməramlı kontingentini saxlamaqdır, lakin birinci ilə Azərbaycan uzun müddət razılaşa bilməz.
Bununla belə, ümumilikdə götürdükdə, Araikə qarşı başlanan etirazları həm də Bakının xeyrinə addım kimi qiymətləndirmək olar. Çünki:

1. Azərbaycanın diplomatik masada əli gücləndirir və şərtlərini Ermənistana diktə etməkdə davam edir.
2. Əks təqdirdə, hərb variantı – antiterror əməliyyatları keçirilə bilər.

Baş verən prosesləri Azərbayana fayda gətirən arqumentlər hesab etmək olar, lakin Rusiya yenə iş başındadır.
Rusiya Prezidenti Vladimir Putin bu gün deyib ki, Qarabağda münaqişə dayandırılıb. Fikir verirsinizsə, dayandırılıb. Putinin ifadəsi münaqişənin hələ bitmədiyi anlamını verir və Rusiyanın hərbi iştirak imkanlarını genişləndirməyə hesablanıb. Səbəbi isə aydındır – Şuşa Bəyannaməsi Moskvanı qıcıqlandırır.

İkinci informasiya isə Ermənistanın sülh sazişini imzalamağa hazırlaşması ilə bağlıdır.

Bildirilir ki, bu ilin sentyabrında Ermənistan sülh sazişinə imza atmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq.
Böyük ehtimal ki, həmin saziş Vətən müharibəsinin başlanmasının ildönümü ərəfəsində və ya ondan az sonra imzalanacaq. Bu isə Qarabağda qalan erməni qoşunlarının çıxarılması deməkdir. Çünki ən azından nəzərə almaq lazımdır ki, sülh sazişində belə bənd olmadan sülhdən danışılması mümkün deyil. Top Azərbaycan diplomatiyasındadır və növbəti dəfə “qollar”ın şahidi olacağımıza əminlik artır.//dia.az

Son xəbərlər

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Bütün xəbərlər